Nəşr edilmişdir 07/15/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Albalının mövsümüdür – O, təbiətin şəfalı hədiyyəsi

Azərbaycanlılar tarixən təbii müalicə vasitələrindən geniş istifadə etmiş, onların faydaları barədə bilikləri nəsildən-nəslə ötürmüşlər. Bu bitkilər arasında xüsusi yer tutanlardan biri də albalıdır.
Baki-baku.az xəbər verir ki, albalı həm xalq təbabətində, həm də müasir tibbdə bir sıra xəstəliklərin qarşısının alınması və müalicəsində istifadə olunur. Azərbaycanda həm yabanı, həm də mədəni formada yetişən albalı müxtəlif bölgələrdə becərilmiş, meyvələri isə iyun-iyul aylarında yetişmişdir. Erkən sortlar daha çox turşuluq, gec yetişən sortlar isə daha çox şəkər ehtiva edir.

Albalının müalicəvi xüsusiyyətləri

Albalı C vitamini ilə zəngin olduğundan, immunitet sistemini gücləndirir və virus-bakteriyalara qarşı mübarizədə faydalı təsir göstərir. Onun güclü ağrıkəsici təsiri də elmi şəkildə sübut olunub: cəmi 20 albalı meyvəsində 12–25 milliqram arasında antosiyanin adlı maddə var ki, bu maddə bəzi dərman ağrıkəsicilərdən 10 dəfə daha güclü təsir göstərir.

Tərkibindəki minerallar bədəndə su balansını tənzimləyir, qəbizliyi aradan qaldırır, qan şəkərini və xolesterolu azaldır, damar sərtliyinə qarşı təsir göstərir. Quercetin adlı maddə isə güclü iltihab əleyhinə təsiri ilə həm göz sağlamlığını qoruyur, həm də orqanizmdə toksinləri, xüsusilə də böyrəklərdə yığılan zərərli maddələri təmizləməyə kömək edir.

Albalı həmçinin revmatizm xəstəliklərinin profilaktikasında, sinir sistemi sağlamlığının qorunmasında və yuxusuzluğun aradan qaldırılmasında da təsirlidir. Yüksək antioksidant tərkibi sinir hüceyrələrinin qidalanmasını yaxşılaşdırır və stressə qarşı qoruyucu təsir göstərir.

Əzələlər, sümüklər və dəri üçün də faydalıdır

Oturaq həyat tərzi və düzgün olmayan qidalanma sümüklər və əzələlər üçün ciddi risk yaradır. Xüsusilə 30 yaşdan sonra əzələ ağrılarının artması və yorğunluq hissi geniş yayılmış problemlərdəndir. Albalı isə əzələ və sümüklərdə yığılan toksinləri azaldaraq bu prosesi ləngidir və orqanizmin ümumi tonusunu artırır.
Həmçinin, albalı hüceyrə yenilənməsini sürətləndirərək dərinin və saçların sağlamlığını da dəstəkləyir. Antioksidantlar sayəsində dəridəki yaşlanma prosesləri ləngiyir, saç hüceyrələri bərpa olunur və saç tökülməsinin qarşısı alınır.

Müasir tibdə istifadəsi

Müasir tibbdə də albalıdan istifadə edilir. Məsələn, albalı siropu maye dərmanların dadını yaxşılaşdırmaq üçün istifadə olunur. Bu, dərmanların qəbulunu daha rahat və xoş hala gətirir.

Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində iyulun 16-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb

Ən son

GÜNDƏM

Bakıda XIX əsrə aid Zərgərpalan hamamı kimi tanınan tarixi abidənin konservasiya işlərindən sonra açılışı olub

GÜNDƏM

Bakıda XIX əsrə aid Zərgərpalan hamamı kimi tanınan tarixi abidənin konservasiya işlərindən sonra açılışı olub