Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/11/2025

Paylaşın

GÜNDƏM

Akademik Musiqili Teatrın Yeni il tamaşası – “Balaca şahzadə”

Akademik Musiqili Teatr

Yeni il münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli yazıçı Antuan de Sent-Ekzüperinin məşhur “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

Baki-baku.az xəbər verir ki, yazıçı-publisist İlqar Fəhminin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı isə Ruslan Ağababayevdir.

2019-cu ildən teatrın repertuarına daxil edilən səhnə əsəri uzun fasilədən sonra yenidən Akademik Musiqili Teatrda nümayiş etdiriləcək.

Yeni il bayramının rəmzləri olan Şaxta baba və Qar qızın da iştirak edəcəyi bu əyləncə və macəra dolu tamaşanın bərpaçı rejissoru Sevinc Məmmədova, bərpaçı xoreoqrafı Məhəmməd Abdullayev, rejissor assistenti isə Çimnaz Bağırovadır.

“Balaca şahzadə” əsərinin süjet xətti qəhrəmanın müxtəlif planetlərə səyahətləri üzərində qurulub. Tamaşa dostluq, sevgi, səmimiyyət və insan ruhunun saflığı kimi dəyərləri simvolik şəkildə tərənnüm edir.

İştirak edirlər:

Balaca şahzadə – Elcan Kəlbiyev, Səid Kəlbiyev,
Pilot – Əmrah Dadaşov, Nicat Əli, Sübhan Rüstəmov
Qızılgül – Adelin Öztürk, Nəzrin İsmayılzadə, Ayan Qurbanova, Nuray Məmmədzadə
Kral – Əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov və aktyor Faiq Mirzəyev
Şoumen – Sübhan Rüstəmov, Murad Əliyev, Kamran Həsənov,
Komersant – Emin Zeynallı, Əli Kərimov, Orxan Hüseynli
Tülkü – Ruslan Mürsəlov, Cəbrayıl Cəbrayılov.
Qar qız – İlahə Rüstəmova, Firuzə Cəfərova
Şaxta baba – Fərid Rzayev, Elçin İmanov.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda və rayonlarda martın 3-də yağıntılı hava şəraiti gözlənilir.

Ən son

GÜNDƏM

O, həyata keçirilən əməkdaşlığa görə minnətdarlığını bildirib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin