Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/23/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Ağız mikrobları mədəaltı vəzi xərçəngi riskini artıra bilər

IMG-20250923-WA0044

ABŞ-da yerləşən (Nyu-York) “NYU Langone Health” və Perlmutter Xərçəng Mərkəzinin alimləri müəyyən ediblər ki, ağızdakı bəzi bakteriya və göbələklər mədəaltı vəzi (pankreas) xərçənginə tutulma riskini 3,5 dəfə artırır.

Baki-baku.azMedicalXpress” portalına istinadla xəbər verir ki, “JAMA Oncology” jurnalında dərc edilən araşdırma zamanı 122 min sağlam insanın tüpürcək nümunələri analiz edilib və ağız mikrobiomunun (bakteriya və göbələklərin birgə icması) xərçənglə bağlı rol oynaya biləcəyi aşkarlanıb.

Nəticələr göstərib ki, 24 növ bakteriya və göbələk fərdi şəkildə pankreas xərçəngi riskini artırır və ya azaldır. İlk dəfə olaraq ağızda yaşayan Candida göbələyinin də bu xərçənglə əlaqəsi müəyyən olunub. Ağızdakı mikrobların ümumi təsiri xəstəliyə tutulma riskini üç dəfədən çox artırır. Mütəxəssislər bildirirlər ki, ağızdakı mikrobiomanın analizi gələcəkdə kimlərin daha çox risk altında olduğunu müəyyənləşdirməyə kömək edə bilər. Hazırda pankreas xərçəngi üçün effektiv skrininq üsulları çox məhduddur. Tədqiqatçılar əlavə edirlər ki, dişlərin müntəzəm fırçalanması və diş ipindən istifadə təkcə diş əti xəstəliklərinin deyil, həm də bəzi xərçənglərin qarşısının alınmasında rol oynaya bilər.

Elm adamları növbəti mərhələdə ağızdakı virusların və mikrobiomanın xəstələrin sağqalma şansına təsirini öyrənməyi planlaşdırır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 17, 18, 24 və 25 yanvar tarixlərində

Ən son

İQTİSADİYYAT

Eyni zamanda, Azərbaycanın aparıcı fintex platforması m10 qlobal kriptobirja Binance ilə birgə milli valyutada, Azərbaycan

İQTİSADİYYAT

Eyni zamanda, Azərbaycanın aparıcı fintex platforması m10 qlobal kriptobirja Binance ilə birgə milli valyutada, Azərbaycan
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin