Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/11/2026

Paylaşın

GÜNDƏM

Agentlik: Əməkdaşların işdən çıxarılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Bəzi kütləvi informasiya vasitələrində və sosial media platformalarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bir sıra əməkdaşlarının işdən çıxarılması ilə bağlı həqiqətə uyğun olmayan, əsassız və təhrif olunmuş məlumatlar yayılmaqdadır. Bununla bağlı bir daha bildiririk ki, Agentlikdə kadr məsələləri Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyinə və daxili normativ sənədlərə uyğun şəkildə tənzimlənir.
Bu barədə Baki-baku.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, hər hansı dəyişiklik və ya qərar yalnız qanunvericiliyin tələbləri əsasında həyata keçirilir.
Eyni zamanda bəzi media resurslarında Agentliyin İdarə Heyəti sədrinin iki müavininin də işdən azad edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. Bildiririk ki, Agentliyin İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə həyata keçirilir. Bu səbəbdən həmin iddialar reallığı əks etdirmir.
Mətbuat nümayəndələrini və ictimaiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə, dəqiqləşdirilməmiş və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq. Qurumun işgüzar nüfuzuna xələl gətirən əsassız məlumatlarla bağlı qanunvericiliyə uyğun hüquqi qiymət veriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bu barədə İpoteka və Kredit Zəmant Fonduna istinadən xəbər verir

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı İlham Əliyev və Antonio Koşta birgə foto çəkdirdilər

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı İlham Əliyev və Antonio Koşta birgə foto çəkdirdilər
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin