Nəşr edilmişdir 04/08/2025

Paylaşın

GÜNDƏM

Ağdaban faciəsindən 33 il ötür

Ağdaban faciəsindən 33 il ötür, Агдабанской трагедии, Ağdaban faciəsi, Ağdaban kəndi, Ağdaban, Kəlbəcər

Bu gün Ağdaban faciəsindən 33 il ötür.
Baki-baku.az xatırladır ki, 1992-ci il aprel ayının 8-də Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər bu rayonun Ağdaban kəndində soyqırımı törədib.
Həmin gecə ermənilər Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirib, kəndin üst yanındakı bənd-bərələrə dolub səhər saat 6-da silahlardan atəş açmağa başlayıblar. Hər şeydən əvvəlcədən planlaşdırılıb. Qrup şəkilində evləri talan edənlər, mal-qaranı aparanlar, əsir götürənlər, qətlə yetirənlər bölünüblər.
Erməni separatçıları tərəfindən törədilmiş qırğın nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb. Kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr verilib, 67 nəfər isə amansızlıqla qətlə yetirilib. Bundan əlavə, 2 nəfər itkin düşüb, 12 nəfər isə ağır bədən xəsarətləri alıb.
Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev olub. O, Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.
2020-ci ilin Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad edən zaman Ağdaban da vətənə qovuşdu. Bu gün Ağdaban Azərbaycanın ərazisindədir və çiçəklənmə dövrünü yaşayır.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Tarixi mənbələrə istinad edərkən vəliəhd Abbas Mirzə Qacarın sərkərdə-xaqan obrazı göz önündə canlanır.

Ən son

GÜNDƏM

Bəs müsəlmanların ən əziz bayramlarından sayılan bu günlərdə Qurban bayramının adətləri, tarixi, qaydaları və qadağaları

GÜNDƏM

Bəs müsəlmanların ən əziz bayramlarından sayılan bu günlərdə Qurban bayramının adətləri, tarixi, qaydaları və qadağaları