Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

“Ah,bu uzun sevda yolu” Tamaşa 1937-ci ildə repressiyanın qurbanı olmuş Mikayıl Müşfiqin nakam ömrü, yarımçıq qalmış yaradıcılığı və məhv edilmiş məhəbbəti haqqındadır. Tamaşada Mikayıl Müşfiqin və onun ömür-gün yoldaşı Dilbər Axundzadənin nakam taleyi əks olunsa da, əslində, repressiyaya məruz qalmış minlərlə insanın məhv edilmiş nakam taleyi gözümüz qarşısında canlanır. Mikayıl Müşfiqin qələm dostlarının ona düşmən münasibəti, şairin etirafları, öz faciəsinin mənəvi əzabı altına əzilməsi qanlı repressiya illərinin dəhşətli reallığını göz önündə canlandırır. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur.
Azərbaycan və Makedoniyanın birgə layihəsi… 7 ÖLKƏDƏ NÜMAYİŞİ BAŞ TUTACAQ TAMAŞANIN 3-CÜ PREMYERASI DOĞMA AZƏRBAYCANIN ƏN BÖYÜK, NƏHƏNG SƏHNƏSİ OLAN HEYDƏR ƏLİYEV SARAYINDA !!! Dövrümüzdə hələ də öz ruhunu qoruya bilən tamaşaçılar üçün… Dorian Qrey mənəviyyatını əbədi zahiri gözəlliyə dəyişir. Cismi dəyişməz qalır, ruhu isə çürüyür. Onun bütün daxili eybəcərlikləri, şöhrətpərəstliyi, cinayətləri, satqınlığı, təkəbbürü öz portretinə hopur. Üstü bəzək, altı təzək olan kübar həyatın simvoluna çevrilən və hər cür həzzin dadına baxan, lakin xoşbəxt olmayan Dorian Qrey bu həyatın bayağılığından, mənasızlığından bezir və…
Twenty One Pilots qrupunun karyerasında dönüş nöqtəsi olan möhtəşəm anı əks etdirən bu həyəcanverici konsert filmini izləyin — The Clancy World Tour çərçivəsində Mexiko şəhərində, Estadio GNP Seguros stadionunda 65 000 azarkeş qarşısında baş tutan nəhəng solo konsert. Dünyanın ən ikonik musiqi paytaxtlarından birinin canlı ritmi fonunda film yüksək enerjili, kinomatografik səhnə görüntülərini səmimi kulis arxası anlarla birləşdirir və sənətçilərin karyeralarının ən böyük konsertlərindən birinə hazırlaşarkən göstərdikləri ürək, yumor və insaniliyini üzə çıxarır.
Operanın qısa məzmunu Mikelenin barjı Parisdə – Sena çayında lövbər salmışdır. Mikelenin gənc arvadı Jorjetta artıq onu sevmir. Bu hadisə onların körpəsinin ölümündən sonra baş vermişdir. İndi o gizlicə Mikele üçün çalışan liman fəhləsi Luidjiyə vurulmuşdur. Mikele gecələr yatmağa gedəndə o kibrit yandıraraq Luidjiyə siqnal verir. Luidji onunla görüşmək üçün barjın göyərtəsinə qalxır. Təsadüfən Mikele adəti üzrə olduğundan bir az tez qayıdır. O itirilmiş məhəbbəti haqqında acı-acı düşünür və qəlyan çəkmək üçün kibrit yandırır. Luidji səhvən bu siqnalın Jorjetta tərəfindən verildiyini güman edir və gizlicə barja daxil olur. Mikele Luidjinin gəlişinə təəcüblənir. O fəhləni öz məhəbbətini etiraf etməyə məcbur edir və sonra yavaşca onu boğaraq öldürür. Jorjetta Luidjinin gəlməməsindən narahat olaraq öz kayutundan çıxır. O ərini görür və ondan soruşur: “məgər sən bizim bir yerdə olmağımızı istəmirsən?” “Mənim plaşım altında?» – deyə Mikele soruşur. “Bəli”, – deyə qadın cavab verir: “Sən bir vaxt söyləmişdin ki, hamı plaş geyinir və plaş bəzən sevinci, bəzən isə kədəri ört-basdır edir”.
Cəlil Məmmədquluzadənin “Çay dəsgahı” adlı pyesi əsasında Xanla xanım çaydan zəhərləndiyinə görə müqəssir axtarılır. Alleqorik personajlar öz aralarında bu hadisəyə səbəb olan günahkarı axtararaq günahsız birini ittiham edir və onu qurban verirlər. Toy anlamayana toy tuturlar! Bəşər övladının həyatı ümumi şəkildə doğumun və ölümün sərhədində varolan təfərrüatlardan ibarətdir. Həyatımızın önəmli və əsas hadisələrindən toy və yas mərasimindəki həssaslığımız, duyğularımızın “dəm-dəstgah”ı içərisində özünüdərk mərhələsi, gəlimli-gedimli, bir ucu ölümlü dünya anlayışlarının duallığı çərçivəsində həyatımızı virtual bir oyun kimi davam etdirməli oluruq.
Ehtiras, sevgi, qısqanclıq və xəyanət haqqında təsirli musiqili tamaşa. Parıltı və dəbdəbənin arxasında sarsılmış talelər, təhlükəli arzular və məhv edə bilən sevgi gizlənir. JAM SS Teatrı «Moulin Rouge»u təqdim edir — duyğuları silkələyən və yaddaşda iz buraxan səhnə hekayəsi.
Fevralın 12-də Opera studiyasında sevilən mahnıların müəllifi, Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət konsert proqramı keçiriləcək. Gülarə Əliyeva adına “Dan Ulduzu” instrumental ansamblının müşaiyəti ilə baş tutacaq tədbirdə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri çıxış edəcəklər. Biletləri şəhərin kassalarından və Asan xidmət mərkəzlərindən əldə edə bilərsiniz.
7 fevral saat 18:00 və 20:00-da Bakının heyrətamiz gözəlliyə malik tarixi Kamera və Orqan Musiqisi Zalında şam işığında sehrli video instalyasiyalarla unikal bir konsert – Çaykovski axşamı keçiriləcək. Sizi kirxaya, Çaykovskinin musiqisinin atmosferik video instalyasiyalarla və yüzlərlə şamın işığı ilə harmoniyada səslənəcəyi, sehrli işıqla dolacağı canlı musiqi məkanına – Bakının bayram ruhunun mərkəzinə dəvət edirik. Zal “Şelkunçik”, “Qu gölü” və “Yatmış gözəl” baletlərinin melodiyaları ilə əks-səda verəcək. Qışın sehrini Pyotr İliç musiqisinin möcüzəsi olmadan təsəvvür etmək çətindir.

07/02/2026

12/02/2026

Fevralın 12-də Opera studiyasında sevilən mahnıların müəllifi, Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət konsert proqramı keçiriləcək. Gülarə Əliyeva adına “Dan Ulduzu” instrumental ansamblının müşaiyəti ilə baş tutacaq tədbirdə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri çıxış edəcəklər. Biletləri şəhərin kassalarından və Asan xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

14/02/2026

Ehtiras, sevgi, qısqanclıq və xəyanət haqqında təsirli musiqili tamaşa. Parıltı və dəbdəbənin arxasında sarsılmış talelər, təhlükəli arzular və məhv edə bilən sevgi gizlənir. JAM SS Teatrı «Moulin Rouge»u təqdim edir — duyğuları silkələyən və yaddaşda iz buraxan səhnə hekayəsi.

21/02/2026

Cəlil Məmmədquluzadənin “Çay dəsgahı” adlı pyesi əsasında Xanla xanım çaydan zəhərləndiyinə görə müqəssir axtarılır. Alleqorik personajlar öz aralarında bu hadisəyə səbəb olan günahkarı axtararaq günahsız birini ittiham edir və onu qurban verirlər. Toy anlamayana toy tuturlar! Bəşər övladının həyatı ümumi şəkildə doğumun və ölümün sərhədində varolan təfərrüatlardan ibarətdir. Həyatımızın önəmli və əsas hadisələrindən toy və yas mərasimindəki həssaslığımız, duyğularımızın “dəm-dəstgah”ı içərisində özünüdərk mərhələsi, gəlimli-gedimli, bir ucu ölümlü dünya anlayışlarının duallığı çərçivəsində həyatımızı virtual bir oyun kimi davam etdirməli oluruq.

25/02/2026

Operanın qısa məzmunu Mikelenin barjı Parisdə – Sena çayında lövbər salmışdır. Mikelenin gənc arvadı Jorjetta artıq onu sevmir. Bu hadisə onların körpəsinin ölümündən sonra baş vermişdir. İndi o gizlicə Mikele üçün çalışan liman fəhləsi Luidjiyə vurulmuşdur. Mikele gecələr yatmağa gedəndə o kibrit yandıraraq Luidjiyə siqnal verir. Luidji onunla görüşmək üçün barjın göyərtəsinə qalxır. Təsadüfən Mikele adəti üzrə olduğundan bir az tez qayıdır. O itirilmiş məhəbbəti haqqında acı-acı düşünür və qəlyan çəkmək üçün kibrit yandırır. Luidji səhvən bu siqnalın Jorjetta tərəfindən verildiyini güman edir və gizlicə barja daxil olur. Mikele Luidjinin gəlişinə təəcüblənir. O fəhləni öz məhəbbətini etiraf etməyə məcbur edir və sonra yavaşca onu boğaraq öldürür. Jorjetta Luidjinin gəlməməsindən narahat olaraq öz kayutundan çıxır. O ərini görür və ondan soruşur: “məgər sən bizim bir yerdə olmağımızı istəmirsən?” “Mənim plaşım altında?» – deyə Mikele soruşur. “Bəli”, – deyə qadın cavab verir: “Sən bir vaxt söyləmişdin ki, hamı plaş geyinir və plaş bəzən sevinci, bəzən isə kədəri ört-basdır edir”.

26/02/2026

Twenty One Pilots qrupunun karyerasında dönüş nöqtəsi olan möhtəşəm anı əks etdirən bu həyəcanverici konsert filmini izləyin — The Clancy World Tour çərçivəsində Mexiko şəhərində, Estadio GNP Seguros stadionunda 65 000 azarkeş qarşısında baş tutan nəhəng solo konsert. Dünyanın ən ikonik musiqi paytaxtlarından birinin canlı ritmi fonunda film yüksək enerjili, kinomatografik səhnə görüntülərini səmimi kulis arxası anlarla birləşdirir və sənətçilərin karyeralarının ən böyük konsertlərindən birinə hazırlaşarkən göstərdikləri ürək, yumor və insaniliyini üzə çıxarır.
Göstəriləcək başqa paylaşım yoxdur