Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/13/2026

Paylaşın

GÜNDƏM

Aeroport yolunda yaranacaq məhdudiyyətlərə görə hərəkət iştirakçılarına müraciət edilib

Aeroport yolu

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sabahdan aeroport yolunun bir hissəsində tətbiq olunacaq məhdudiyyətlərlə bağlı hərəkət iştirakçılarına təkrar müraciət edib.

Bu barədə Baki-baku.az-a idarədən məlumat verilib.

Bildirilib ki, fevralın 14-15-də paytaxtın (“Buta Palace”in yaxınlığı) elektron məlumat-sürət tablolarının yenisi ilə əvəz edilməsi məqsədilə həyata keçiriləcək işlərlə əlaqədar sözügedən yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərək istiqamətlər dəyişdiriləcək.

Məhdudiyyət fevralın 14-ü saat 00:00-dan 07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) “Koroğlu” metrostansiyası istiqamətində, fevralın 15-i qeyd edilən saatlarda isə “Koroğlu” metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində tətbiq ediləcək.

DYP əməkdaşları Mərdəkan şosesindən gələn sürücüləri Zığ şosesinə, şəhər istiqamətindən gələn sürücülər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndirəcək.

Bundan əlavə, sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz

Ən son

İQTİSADİYYAT

Baki-baku.az xəbər verir ki, elə bir şəraitdə Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan beynəlxalq logistika xəritəsində

İQTİSADİYYAT

Baki-baku.az xəbər verir ki, elə bir şəraitdə Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan beynəlxalq logistika xəritəsində
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin