Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/11/2026

Paylaşın

GÜNDƏM

Aeroport yolunda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq

Aeroport yolu

Bakının Suraxanı rayonunda, Aeroport şosesində (“Buta Palace” yaxınlığı) fevralın 14-15-də elektron məlumat-sürət tablolarının sökülərək yenisinin quraşdırılması ilə əlaqədar məhdudiyyət tətbiq olunacaq.

Bu barədə Baki-baku.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, fevralın 14-ü saat 00:00-dan 07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) “Koroğlu” metrostansiyası istiqamətində, fevralın 15-də isə həmin saatlarda “Koroğlu” metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Alternativ yol kimi, Mərdəkan şosesindən gələnlər Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək. Eyni zamanda sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.

Yol polisi məhdudiyyətin tətbiq olunduğu müddətdə avtomobillərin alternativ yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün zəruri tədbirlər görəcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zynergy marketinq agentliyi və “Indigo Printing House”un birgə təşkilatçılığı, LIBRAFF kitab mağazalar şəbəkəsinin dəstəyi ilə həyata keçirilən hekayə

Ən son

GÜNDƏM

Suraxanı rayonunda aparılan abadlıq və təmir-bərpa işləri çərçivəsində rayonun bütün qəsəbələrində genişmiqyaslı tədbirlər həyata keçirilir.

GÜNDƏM

Suraxanı rayonunda aparılan abadlıq və təmir-bərpa işləri çərçivəsində rayonun bütün qəsəbələrində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin