Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/18/2026

Paylaşın

GÜNDƏM

Aeroport şosesində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Aeroport şosesinin hər iki istiqamətində fevralın 21-də saat 02:30-dan 05:15-ə kimi hərəkət dayandırılaraq nəqliyyat vasitələri alternativ yollara yönləndiriliəcək.
Bu barədə Baki-baku.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, fevralın 21-də Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığı) yeni quraşdırılan elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyada son tamamlama işləri görüləcək.
Bu səbəbdən qeyd edilən tarixdə 00:00-dan 05:45-dək Hava limanı yolundan (Hava limanı körpüsündən “Koroğlu” metro stansiyası istiqamətində), 02:00-dan 05:15-dək isə “Koroğlu” metro stansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Şosenin hər iki istiqamətində isə 02:30-dan 05:15-ə kimi hərəkət dayandırılaraq nəqliyyat vasitələri alternativ yollara yönləndiriləcək.
Alternativ yol kimi, Mərdəkan şosesindən gələnlər (Hava limanına gedişdə məhdudiyyət olmayacaq) Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək. Eyni zamanda sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir.

Ən son

GÜNDƏM

Sərnişinlərə keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsi, eyni zamanda, ekoloji cəhətdən təmiz nəqliyyat növlərindən istifadə bu

GÜNDƏM

Sərnişinlərə keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsi, eyni zamanda, ekoloji cəhətdən təmiz nəqliyyat növlərindən istifadə bu
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin