Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/06/2025

Paylaşın

GÜNDƏM

ADY “Dərnəgül” stansiyasının tikintisinə başlayıb

ADY "Dərnəgül", ADY, "Dərnəgül"

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Abşeron dairəvi dəmiryol marşrutu üzrə “Dərnəgül” stansiyasının tikintisinə başlayıb.

Baki-baku.az xəbər verir ki, bu barədə “Trend“in sorğusuna cavab olaraq ADY-dən məlumat verilib.

“Layihə çərçivəsində stansiyada dörd ədəd platforma, iki ədəd turniket binası inşa olunacaq.

Tikinti işlərinin 2025-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.

Dərnəgül ərazisində eyniadlı stansiyanın tikintisində məqsəd sərnişin daşımalarının səmərəliliyini artırmaqla yanaşı, Abşeron dairəvi marşrutu üzrə nəqliyyat xidmətlərinin daha geniş əhali təbəqəsi üçün əlçatanlığını təmin etməkdir”, – deyə ADY-dən bildirilib.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Он не видит цвета, но чувствует движение. А алая мулета — лишь прикрытие для кровавого спектакля.