Son illərdə yağıntıların xarakterində dəyişiklik müşahidə olunur: bəzi hallarda qısa zaman ərzində yüksək intensivlikli leysanlar baş verir. Belə yağıntılar xüsusilə köhnəlmiş və yüksək yüklə işləyən infrastruktur üçün əlavə risk yaradır.
Bu sözləri Baki-baku.az-a müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.
O bildirib ki, Bakıda kanalizasiya sistemlərinin bir hissəsinin köhnəlməsi, eləcə də şəhərin uzun illər ərzində sürətli və bəzi ərazilərdə plansız urbanizasiyası mövcud şəbəkələrə əlavə yük yaradıb. Normal şəraitdə işləyən bəzi xətlər qısa müddətdə çox böyük həcmdə yağış suyu daxil olduqda tam ötürücülük qabiliyyətini təmin edə bilmir:
“Bu səbəbdən Bakı şəhəri və Abşeron yarımadasında içməli su, tullantı su və yağış sularının idarə olunmasının təkmilləşdirilməsi 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramında əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Proqram mərhələli şəkildə icra olunacaq və yeni kollektorların, şəbəkələrin və digər infrastrukturun yaradılması hesabına intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması nəzərdə tutulur”.
Yazının geniş variantı ilə buradan tanış ola bilərsiniz.