Nəşr edilmişdir 03/22/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Adil Babayev kimdir? – Bakı küçələrinin adlarını daşıyanlar

IMG-20250322-WA0041

Bakının ən məşhur, adı çox çəkilən mərkəzi küçələrindən biri Adil Babayev küçəsidir. Bəs biz Adil babayevin necə görkəmli bir şəxsiyyət olduğunu bilirikmi?
Baki-baku.az həmin şəxsiyyətin kimliyini təqdim edir:

Şair, tərcüməçi, dramaturq Adil Qafar oğlu Babayev 28 yanvar 1925-ci ildə Naxçıvanda dünyaya gəlib. Əvvəl Naxçıvanda, sonra isə Tbilisi şəhərində M.F.Axundov adına Azərbaycan orta məktəbində təhsil alıb. “Şərq qapısı” qəzetində əvvəl korrektor, sonra ədəbiyyat və incəsənət şöbəsinin müdiri olub. 1943-cü ildə Tbilisidə A.S.Puşkin adına İkiillik Müəllimlər İnstitutunun ədəbiyyat fakültəsinə daxil olub, eyni zamanda “Sovet Gürcüstanı” qəzeti redaksiyasında ədəbiyyat şöbəsinə rəhbərlik edib. Ədəbi yaradıcılığa 1939-cu ildən başlayan şairin ilk şerləri Tbilisidə “Gənc nəsil” məcmuəsində və “Sovet Gürcüstanı” qəzetində çıxıb.
1945–1947-ci illərdə “Kommunist” qəzetində ədəbi işçi, tərcüməçi 1947–1949-cu illərdə “İnqilab və mədəniyyət” jurnalında poeziya şöbəsinin müdiri olub. 1950-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib, sonra bir müddət Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləyib. O, teatrşünas kimi teatr sənəti ilə sıx bağlı olmuş “M. Əzizbəyov adına teatr” (Moskva, 1959), “Şərəfli yol” (1974) monoqrafiyalarını və ədəbiyyatşünaslıq, dramaturgiya və kino sənəti problemlərinə dair çoxlu məqalələrini qələmə almaqla milli teatrın inkişafına kömək edib. Eyni zamanda M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının ədəbi hissə müdiri olub (1956–1964), sonra “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, məsul katib və baş redaktorun müavini vəzifələrində işləyib. 1971-ci ilin avqust ayından ömrünün son gününədək Azərbaycan Yazıçılar İttifaqında bədii tərcümə üzrə məsləhətçi olub.
“Dağlar qızı”, “Yarımçıq portret”, “Mənim məhəbbətim”, “Qız görüşə tələsir” pyesləri teatr səhnələrində tamaşaya qoyulub, əsərləri xarici dillərə tərcümə olunub. Dünya ədəbiyyatından (V. Şekspir, V. Vişhevski, N. Dumbadze və s.) çoxlu tərcümələr etmişdir. 1941–1945-ci illərdə “Əmək igidliyinə görə” medalına layiq görülüb.
Tanınmış şair 1977-ci il avqustun 19-da Bakıda vəfat edib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycanda Novruz bayramı qeyd olunur. Novruzun müxtəlif adətləri var. Biz də bu bayram tanınmış aparıcı, Bakı haqqında bir

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Bakının ən məşhur, adı çox çəkilən mərkəzi küçələrindən biri Adil Babayev küçəsidir.

TARIXI ŞƏXSİYYƏTLƏR

Bakının ən məşhur, adı çox çəkilən mərkəzi küçələrindən biri Adil Babayev küçəsidir.