Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/10/2025

Paylaşın

GÜNDƏM

ABŞ-də “ChatGPT”yə qulaq asan kişi dəli olub

"ChatGPT"yə qulaq asan kişi, ChatGPT

ABŞ-nin Vaşinqton Universiteti Tibb Məktəbinin həkimləri 60 yaşlı kişidə kəskin psixozun inkişafına səbəb olan natrium bromid zəhərlənməsi aşkar ediblər.

Baki-baku.az xəbər verir ki, bu barədə “Gizmodo” yazır.

Mütəxəssislərin fikrincə, xəstə üç ay ərzində “ChatGPT”nin tövsiyələrindən istifadə edərək müstəqil şəkildə tərtib etdiyi pəhriz saxlayıb.

Kişi natrium xloridi pəhrizindən çıxarmaq qərarına gəlib və məsləhət üçün süni intellektə müraciət edib. Neyron şəbəkəsi natrium bromid də daxil olmaqla bir neçə variant təklif edib.

Tezliklə xəstədə paranoya, halüsinasiyalar və məkanda orientasiya pozğunluğu, daha sonra isə psixoloji problemlər yaranıb.

Kişi xəstəxanaya yerləşdirilib, psixoloji terapiya olunub və üç həftə sonra evə buraxılıb. İki həftə sonra aparılan təkrar müayinədə həkimlər onun vəziyyətinin stabil olduğunu təsdiqləyiblər.

Həkimlər qeyd ediblər ki, süni intellektin tövsiyələri ümumidir və tibbi kontekstə uyğunlaşdırılmayıb və bu, insan sağlamlığı üçün təhlükə yaradır.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Prezidenti İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Amerika lideri Donald Trampa minnətdarlığını bildirib.

Ən son

GÜNDƏM

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib.

GÜNDƏM

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib.