Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/01/2025

Paylaşın

GÜNDƏM, HƏR ŞEYDƏN

ABŞ-də 829 kilometr uzunluqda dünyanın ən böyük şimşəyi qeydə alınıb

dünyanın ən böyük şimşəyi, Şimşək

ABŞ-də alimlərin güclü ildırım zamanı qeydə aldıqları rekord uzunluqdakı şimşək dünyanın ən uzun şimşəyi kimi tanınıb.

Baki-baku.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti yazır.

Məqalədə bildirilir ki, bu nəhəng şimşək 2017-ci ilin oktyabr ayında baş verib və təqribən 829 kilometr uzunluğunda olub. O, Şərqi Texasdan başlayaraq Kanzas-Siti yaxınlıqlarına qədər uzanıb. Bu məsafə Parislə Venesiya arasındakı məsafəyə bərabərdir.

Yeni rekord əvvəlki nəticədən 61 km daha uzun olub. Əvvəlki rekord 2020-ci ilin aprelində ABŞ-da baş vermiş qasırğa zamanı qeydə alınmışdı. Həmin vaxt şimşəyin uzunluğu 768 kilometrə çatmışdı.

Məqalədə qeyd olunur ki, əksər şimşəklərin uzunluğu təxminən 10 mil (təxminən 16 km) olur. 60 mildən (təxminən 96 km) uzun olanlar isə “megaşimşək” hesab edilir.

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) ümid edir ki, bu yeni məlumatlar alimlərə şimşəyin onu doğuran fırtınadan nə qədər uzağa yayıla biləcəyini anlamaqda kömək edəcək.

“Şimşək təkcə təbiətin möcüzəsi deyil, həm də ciddi təhlükə mənbəyidir”, – deyə ÜMT-nin baş katibi Selesta Saulo vurğulayıb.

O əlavə edib ki, bu kəşf insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı problemlərin mövcudluğuna işarə edir. Elektriklə yüklənmiş buludlar aviasiya sektoruna ciddi təsir göstərə və meşə yanğınlarına səbəb ola bilər.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Modanın tarixi – insan mədəniyyətinin, zövqlərinin və gözəllik anlayışının inkişafını əks etdirən maraqlı bir yoldur.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin