Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/26/2025

Paylaşın

GÜNDƏM

Abbasqulu ağa Bakıxanov küçəsində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək

Abbasqulu ağa Bakıxanov küçəsi, AYNA

Nəqliyyatın idarə edilməsinin təkmilləşdirilməsi işləri çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində hərəkətin yenidən təşkili ilə bağlı layihə həyata keçiriləcək.

Baki-baku.az AYNA-ya istinadla xəbər verir ki, bu küçədə darboğaz effekti nəqliyyat şəraitini çətinləşdirir. Belə ki, Abbasqulu ağa Bakıxanov küçəsi ilə Rəşid Behbudov küçəsi istiqamətində nəqliyyat vasitələrinin düzünə hərəkəti zamanı nəqliyyat axınları 3 hərəkət zolağından 2 hərəkət zolağına keçmək məcburiyyətində qalır. Bu da yolun buraxıcılıq qabiliyyətini aşağı salır və sıxlığa səbəb olur.

Nəqliyyat vasitələrinin axıcılığının təmin edilməsi məqsədilə burada yeni layihə icra olunacaq.

Abbasqulu ağa Bakıxanov küçəsində zolaqların silinərək yenidən təşkil edilməsi ilə Səməd Vurğun küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılacaq. Əks istiqamətdə isə zolaqların sayı eyni saxlanılacaq.

Dəyişiklikdən sonra darboğaz effekti aradan qaldırılacaq, nəqliyyat vasitələrinin hərəkəti daha da asanlaşacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Hərb tariximizdən səhifələr” mövzusuna həsr olunmuş

Ən son

HƏR ŞEYDƏN

Tayra və Minamoto klanları arasında müharibə başlayanda Tomoe həyat yoldaşı olan Minamoto döyüşçüsünün tərəfini seçdi

HƏR ŞEYDƏN

Tayra və Minamoto klanları arasında müharibə başlayanda Tomoe həyat yoldaşı olan Minamoto döyüşçüsünün tərəfini seçdi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin