Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən paytaxt yollarında genişmiqyaslı təmir işlərinin icrası davam etdirilir.
Baki-baku.az Agentliyə istinadla xəbər verir ki, bu çərçivədə mart ayı ərzində ümumilikdə paytaxt ərazisində 87 min 849.7 kv.m sahədə təmir işləri icra edilib. Bu isə fevral ayı (9124.9 kv.m) ilə müqayisədə 862.7 % daha çoxdur
Təkcə bayram günlərində, yəni mart 23-30 tarixləri arasında gündüz və gecə fasiləsiz fəaliyyət göstərən işçi heyəti sayəsində paytaxtda nəqliyyat sıxlığının azalmasından istifadə olunmaqla 78 min 762 kvadratmetr sahədə təmir işləri aparılıb.
Qalan 9087.7 kvadratmetr sahəni əhatə edən təmir işləri isə nəqliyyatın hərəkətinə maneə yaradılmadan əsasən gecə saatlarında icra edilib.