Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/24/2026

Paylaşın

HƏR ŞEYDƏN

Gecələr susuzluqdan oyanırsınız? Həkim təhlükəli səbəblər barədə xəbərdarlıq edir

Susuzluq, Yuxu

Yatmazdan əvvəl su içmək istəyi bir çox insanda müşahidə olunur. Əksər hallarda bu, narahatlıq doğurmayan səbəblərlə bağlı olsa da, gecələr tez-tez susamaq və su içmək ehtiyacı bəzən orqanizmdəki ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.

Baki-baku.az xəbər verir ki, bu barədə qastroenteroloq Yekaterina Kaşux “RT” telekanalına açıqlamasında danışıb.

Həkimin sözlərinə görə, gecə susuzluğunun bir sıra adi səbəbləri var. Axşam saatlarında duzlu və ya zülalla zəngin qidaların çox qəbul edilməsi, spirtli içkilərdən istifadə, eləcə də istilik sistemlərinin işləməsi nəticəsində yataq otağında havanın quruması susuzluq hissi yarada bilər.

Lakin bu hal mütəmadi təkrarlanırsa, diqqətli olmaq lazımdır. Belə ki, gecə susuzluğu şəkərli diabetin əlamətlərindən biri ola bilər. Bu xəstəlik zamanı qanda şəkərin miqdarının artması orqanizmin toxumalarından mayenin çəkilməsinə, böyrəklərin isə artıq şəkəri xaric etmək üçün daha intensiv işləməsinə səbəb olur. Nəticədə insan daha çox susayır və tez-tez sidiyə getmək ehtiyacı yaranır.

Həkim gecə susuzluğunun digər mümkün səbəbləri sırasında böyrək xəstəliklərini və qalxanabənzər vəzinin fəaliyyətindəki pozuntuları da qeyd edib. Böyrəklərin mayeni orqanizmdə saxlamaq qabiliyyətinin zəifləməsi də davamlı susuzluğa gətirib çıxara bilər.

Bundan başqa, bəzi dərman preparatları, xüsusilə sidikqovucu vasitələr də susuzluq hissini artıra bilər.

Gecələr ağızdan nəfəs almaq da boğazın və ağız boşluğunun selikli qişasının qurumasına, nəticədə susuzluq hissinin yaranmasına səbəb olur. Bu vəziyyət çox vaxt burun tutulması və ya yuxu apnesi ilə əlaqəli ola bilər. Yuxu apnesi yuxu zamanı tənəffüsün qısa müddətə dayanması və ya zəifləməsi ilə xarakterizə olunan pozuntudur.

Nə zaman müayinədən keçmək lazımdır?

Mütəxəssis gecə susuzluğu davamlı xarakter aldıqda onun səbəbini araşdırmağı tövsiyə edir. Bunun üçün qanda şəkərin səviyyəsinin, sidik və qanın xüsusi çəkisinin yoxlanılması, zərurət yarandıqda isə hormonal müayinələrin aparılması məqsədəuyğundur.

Qeyd edək ki, gecə susuzluğu hər zaman xəstəlik əlaməti deyil. Lakin bu hal tez-tez təkrarlanırsa, xüsusilə ağız quruluğu, çox sidiyə getmə və izaholunmaz halsızlıqla müşayiət olunursa, həkimə müraciət etmək vacibdir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri məhz bu qəbildən olan, tarixi ədalətin bərpasını bədii sözün ecazkar gücü

Ən son

HƏR ŞEYDƏN

İnsan hər gecə yuxuya gedir, lakin beyin heç vaxt tamamilə istirahət etmir.

HƏR ŞEYDƏN

İnsan hər gecə yuxuya gedir, lakin beyin heç vaxt tamamilə istirahət etmir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin