Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/24/2026

Paylaşın

HƏR ŞEYDƏN

“Karton kraliçası” – atılmış kartonlardan milyardlıq imperiya quran qadın

Bəziləri üçün köhnə kağız və karton sadəcə tullantıdır. Çinli sahibkar Çjan İn üçün isə bu materiallar milyardlarla dollar dəyərində biznesin əsasını təşkil edib. Vaxtilə mühasib işləyən qadın kağız tullantılarının ticarəti ilə məşğul olaraq dünyanın ən böyük kağız istehsalçılarından birini yaradıb.

Baki-baku.az sadə biznes ideyası ilə böyük sərvət qazanan qadının uğur hekayəsini təqdim edir.

1957-ci ildə Çində anadan olan Çjan İn səkkizuşaqlı ailənin ən böyük övladı idi. Əmək fəaliyyətinə mühasib kimi başlayan qadın sonradan kağız ticarəti sahəsində çalışıb. O, Çində sənayenin sürətlə inkişaf etdiyini və qablaşdırma materiallarına tələbatın artdığını görürdü.

1985-ci ildə Çjan İn təxminən 8 min dollar şəxsi yığımı ilə Honkonqa köçərək kağız tullantılarının ticarətinə başladı. Beş il sonra isə əvvəllər stomatoloq işləyən həyat yoldaşı ilə birlikdə ABŞ-yə köçdü. Los-Ancelesdə kirayələdikləri mənzil həm yaşayış yeri, həm də yeni şirkətlərinin ofisi idi.

Çjan İnin uğurunun əsasını olduqca sadə, lakin düşünülmüş biznes ideyası təşkil edirdi. Həmin dövrdə Çindən ABŞ-yə milyonlarla məhsul göndərilir, onları daşıyan konteynerlərin bir hissəsi isə geri boş qayıdırdı. Sahibkar bu fürsətdən istifadə edərək ABŞ-də ucuz qiymətə aldığı kağız və karton tullantılarını nisbətən aşağı nəqliyyat xərcləri ilə Çinə göndərməyə başladı.

Tullantılar Çində təkrar emal edilir, kartona çevrilir və yeni məhsulların qablaşdırılmasında istifadə olunurdu. Beləliklə, amerikalıların atdıqları kartonlar yeni qablaşdırma şəklində yenidən ABŞ bazarına qayıdırdı.

1995-ci ildə Çjan İn həyat yoldaşı və kiçik qardaşı ilə birlikdə “Nine Dragons Paper” – “Doqquz əjdaha” şirkətini təsis etdi. Kiçik ticarət biznesindən başlayan fəaliyyət zamanla nəhəng sənaye müəssisəsinə çevrildi.

2006-cı ildə Çjan İn Çinin ən varlı insanları reytinqində birinci yeri tutaraq bu siyahıya rəhbərlik edən ilk qadın oldu. Mətbuatda isə onu “Karton kraliçası” adlandırmağa başladılar.

Bu gün onun qurduğu şirkətin müxtəlif ölkələrdə istehsal müəssisələri fəaliyyət göstərir və minlərlə insan burada çalışır.

Çjan İnin həyat hekayəsi göstərir ki, böyük biznes qurmaq üçün hər zaman qeyri-adi ixtiraya ehtiyac yoxdur. Bəzən başqalarının dəyərsiz hesab etdiyi əşyalarda fürsət görmək kifayətdir.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1926-cı ilin sentyabrın 9-da Qarabağda Ağdamın Seyidlər kəndində dünyaya gələn Adilə Namazova ağlı kəsər-kəsməz həkim olmaq, həyat qurtarmaq

Ən son

HƏR ŞEYDƏN

Baki-baku.az sadə biznes ideyası ilə böyük sərvət qazanan qadının uğur hekayəsini təqdim edir.

HƏR ŞEYDƏN

Baki-baku.az sadə biznes ideyası ilə böyük sərvət qazanan qadının uğur hekayəsini təqdim edir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin