Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/24/2026

Paylaşın

GÜNDƏM

Bakıda Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr olunmuş “Türk xalçası” Beynəlxalq Simpoziumu öz işinə başlayıb

23 noyabr 2026-cı il tarixində Azərbaycan Milli Xalça Muzeyində görkəmli xalçaçı-rəssam, alim və tədqiqatçı Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr olunmuş “Ortaq irs: Türk xalçası” Beynəlxalq Simpoziumunun təntənəli açılış mərasimi keçirilib.
Baki-baku.az xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Azərbaycan Milli Xalça Muzeyi, Türkiyənin Mərmərə Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq simpozium Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistandan olan aparıcı alimləri, tədqiqatçıları və xalça sənəti üzrə mütəxəssisləri bir araya gətirib.
Tədbir Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Lətif Kərimovun 120 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsinə töhfə vermək məqsədi daşıyır.
Simpoziumun rəsmi açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Türkiyənin Şehitkamil Bələdiyyəsi sədrinin müavini Umut Salcan, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı üzrə proqram koordinatoru Mahmut Ağıman, Türkiyə Arxeologiya və Mədəni İrs İnstitutunun rəhbəri professor Şaban Doğan, Azərbaycan Respublikası Milli Məclisinin deputatı professor Hikmət Babaoğlu çıxış ediblər.
Çıxışı zamanı Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova xalça sənətinin türk xalqlarının tarixi yaddaşının, mənəvi dəyərlərinin və mədəni kimliyinin qorunub saxlanılmasında xüsusi rolunu vurğulayıb.
Professor Aktotı Raimkulova Lətif Kərimovun Azərbaycan xalça sənətinin inkişafı, elmi cəhətdən araşdırılması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində misilsiz xidmətlərini xüsusi qeyd edərək, simpoziumun türk ölkələrinin xalçaçılıq məktəbləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə və onların zəngin irsinin beynəlxalq miqyasda təbliğinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Açılış mərasimi çərçivəsində görkəmli sənətkarın həyat və çoxşaxəli yaradıcılığına həsr olunmuş “Xalq rəssamı Lətif Kərimov – 120” adlı sərginin də açılışı olub.
Simpoziumun elmi proqramında mədəni irsin qorunmasında müasir texnologiyaların tətbiqi məsələlərinə xüsusi diqqət yetirilir.
İki gün davam edəcək simpozium çərçivəsində türk xalça sənətinin konseptual və simvolik aspektləri, Lətif Kərimovun irsi, muzey kolleksiyaları və türk xalqlarının xalçaçılıq ənənələri, Mərkəzi Asiya xalça sənəti, Anadolunun toxuculuq irsi, müasir dizayn və rəqəmsal texnologiyalar mövzularını əhatə edən beş elmi sessiyanın keçirilməsi nəzərdə tutulub.
Beynəlxalq simpoziumun keçirilməsi Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının ortaq mədəni sərvətlərinin öyrənilməsi, qorunması və beynəlxalq səviyyədə təbliği, çoxəsrlik ənənələrin gələcək nəsillərə ötürülməsi, eləcə də Türk dünyasında elmi-mədəni əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətinin növbəti mühüm addımıdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1926-cı ilin sentyabrın 9-da Qarabağda Ağdamın Seyidlər kəndində dünyaya gələn Adilə Namazova ağlı kəsər-kəsməz həkim olmaq, həyat qurtarmaq

Ən son

HƏR ŞEYDƏN

Baki-baku.az sadə biznes ideyası ilə böyük sərvət qazanan qadının uğur hekayəsini təqdim edir.

HƏR ŞEYDƏN

Baki-baku.az sadə biznes ideyası ilə böyük sərvət qazanan qadının uğur hekayəsini təqdim edir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin