2026-cı ilin doqquz ayı ərzində ölkədə 79,5 min yeni iş yerləri yaradılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 92,9 %-i qeyri-dövlət sektorunda açılıb.
Baki-baku.az Dövlət Statistika Komitəsinin hesabatlarına istinadla xəbər verir ki, yeni açılmış iş yerlərinin 77,3 %-i Bakı, 1,2 %-i Naxçıvan, 6,6 %-i Abşeron-Xızı, 2,4 %-i Gəncə-Daşkəsən, 2,3 %-i Şəki-Zaqatala, 2,2 %-i Quba-Xaçmaz, 1,9 %-i Qarabağ, 1,2 %-i Qazax-Tovuz, 1 %-i Mərkəzi Aran, 1 %-i Şirvan-Salyan, 0,9 %-i Lənkəran-Astara, 0,8 %-i Şərqi Zəngəzur, 0,7 %-i Mil-Muğan və 0,5 %-i Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.
Yeni açılmış iş yerlərinin 22,1 %-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 77,6 %-i mövcud müəssisə və təşkilatlarda, 0,3 %-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda yaradılıb.