Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/23/2026

Paylaşın

HƏR ŞEYDƏN

Bit bazarından 20 avroya aldığı lampa qadını milyonçu etdi

Bit bazarı

Fransada bir qadının bit bazarından cəmi 20 avroya aldığı köhnə lampa hərracda 251 min avroya satılıb.

Baki-baku.az “Connexion France”a istinadən xəbr verir ki, qadın 2025-ci ildə Fransanın şimalında yerləşən bit bazarından aldığı qara keramika lampanı bir müddət şkafda saxlayıb. Bir neçə ay sonra evdə təmizlik aparan qızı lampanı görüb və onun alt hissəsində həkk olunmuş rəssam Jorj Juvanın imzasına diqqət yetirib.

Araşdırma nəticəsində lampanın tanınmış fransız rəssam və keramika ustası Jorj Juvaya (1910–1964) məxsus olduğu üzə çıxıb. Ailə əşyanı Parisdəki NEO Enchères hərrac evinə təqdim edib. Ekspertlər lampanın orijinallığını və yaxşı vəziyyətdə olduğunu təsdiqləyərək ilkin dəyərini 80-120 min avro arasında qiymətləndiriblər.

Oktyabrın 29-da keçirilən hərracda təxminən 10 alıcı nadir əşya uğrunda mübarizə aparıb. Nəticədə lampa komissiya haqqı daxil olmaqla 251 min avroya satılıb. Bu, Jorj Juvanın işıqlandırma əşyaları arasında dünya rekordu hesab olunur.

Hərrac evinin rəhbəri Kventin Şarrodo əldə olunan nəticənin gözləniləndən xeyli yüksək olduğunu bildirib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi "Instagram" hesabında Vyetnam səfərindən paylaşım

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, noyabrın 16-dan başlayan beşgünlük payız tətili 20 noyabr tarixinədək davam edib.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, noyabrın 16-dan başlayan beşgünlük payız tətili 20 noyabr tarixinədək davam edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin