Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/20/2026

Paylaşın

HƏR ŞEYDƏN

İnsanları işıqdan məhrum edən vergi

Qədim İngiltərədə evdəki əlavə bir pəncərə belə sahibinə baha başa gələ bilərdi. Qəribə səslənsə də, bu ölkədə həqiqətən də pəncərə vergisi mövcud olub.

Baki-baku.az tarixdə tətbiq edilmiş ən qəribə vergilərdən birinə nəzər salır. XVII əsrdə İngiltərədə tətbiq olunmağa başlayan bu vergi 1696-cı ildə dövlət xəzinəsini doldurmaq məqsədilə qüvvəyə minib. Qaydaya əsasən, evdə pəncərələrin sayı nə qədər çox idisə, ödənilən vergi də bir o qədər yüksək olurdu. Hesab edilirdi ki, geniş malikanələrdə yaşayan varlı insanlar daha çox vergi ödəyəcəklər.

İngilislər bu vəziyyətdən çıxış yolu tapıblar. Vergi ödəmək əvəzinə, evlərinin pəncərələrini kərpiclə hörməyə başlayıblar. Nəticədə bütöv otaqlar günəş işığından və təmiz havadan məhrum qaldı. Pəncərələrin hörülməsi isə fəsadsız ötüşməyib. Həkimlər işıqsız və havasız otaqlarda yaşamağın sağlamlıq üçün təhlükəli olduğunu vurğulayıblar.

Bu qəribə vergi yalnız 1851-ci ildə, 155 ildən sonra ləğv olunub. İngiltərədə bəzi qədim binaların kərpiclə hörülmüş pəncərələri isə bu gün də həmin dövrü xatırladır.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Səhər yeməyi uzun illərdir günün ən vacib qida qəbulu hesab olunur.

Ən son

HƏR ŞEYDƏN

Kinoteatrlarda Hollivudun məşhur “Rokki” filminin yaranma tarixindən bəhs edən “Rokki – mənəm” (I Play Rocky)

HƏR ŞEYDƏN

Kinoteatrlarda Hollivudun məşhur “Rokki” filminin yaranma tarixindən bəhs edən “Rokki – mənəm” (I Play Rocky)
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin