Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/19/2026

Paylaşın

GÜNDƏM

Van Qoqun “Çiçəkləyən şabalıdlar”ı 190 milyon dollara satıldı – Hərrac tarixində rekord qiymət

Dünya təsviri sənətinin ən böyük nümayəndələrindən biri olan Vinsent Van Qoqun fırçasından çıxan növbəti şah əsər astronomik qiymətə alıcı tapıb. Rəssamın “Çiçəklənən şabalıdlar” (Châtaigniers en fleurs) adlı tablosu Nyu-Yorkda “Sotheby’s” hərrac evində 190 milyon dollara satılıb.

Baki-baku.az xəbər verir ki, BBC-nin məlumatına görə, bu satış əsərin qiymətinə görə “Sotheby’s” hərrac evinin tarixində ikinci ən bahalı sənət əsəri kimi qeydə alınıb.

Bu siyahıda ilk pillədə Qustav Klimtin “Elizabet Ledererin portreti” əsəri qərarlaşıb. Sözügedən tablo ötən il 236,4 milyon dollara satılıb.

“Çiçəklənən şabalıdlar”ın satışından əvvəl Van Qoqun hərracda ən yüksək qiymətə satılmış əsəri 2022-ci ildə 117,2 milyon dollara alıcı tapan “Sərv ağacları olan buğda tarlası” tablosu idi. Yeni satış rəssamın şəxsi hərrac rekordunu əhəmiyyətli dərəcədə yeniləyib.

Ümumilikdə, hərrac və şəxsi satışlar vasitəsilə rəsmi şəkildə satılmış ən bahalı sənət əsərləri arasında Van Qoqun bu tablosu doqquzuncu yerdə qərarlaşıb. Siyahıya müəllifinin Leonardo da Vinçi olduğu ehtimal edilən “Dünyanın xilaskarı” (Salvator Mundi) əsəri başçılıq edir. 2017-ci ildə “Christie’s” hərracında nümayiş etdirilən tablo 450 milyon dollara satılıb.

Ömrünün son aylarında çəkdiyi sənət incisi

Van Qoq “Çiçəklənən şabalıdlar” tablosunu 1890-cı ildə, həyatının son aylarını keçirdiyi Paris yaxınlığındakı Over-sür-Uaz kəndində yaradıb. Rəssamın ömrünün son dövrünə aid olan bu əsər onun yaradıcılığının qiymətli nümunələrindən biri hesab olunur.

Tablo mərhum argentinalı mesenatlar Karlos Blakye və həyat yoldaşı Nelli Aryetaya məxsus məşhur Blakye-Aryeta kolleksiyasının bir hissəsidir. Hərraca çıxarılan kolleksiyaya ümumilikdə 12 sənət əsəri daxil olub.

Beləliklə, Van Qoqun bir əsəri daha incəsənət dünyasının diqqət mərkəzinə düşüb. Bir vaxtlar həyatı maddi çətinliklər və tənhalıqla keçən, sənəti yaşadığı dövrdə layiqincə qiymətləndirilməyən rəssamın əsərlərinin bu gün yüz milyonlarla dollarla ölçülməsi sənət tarixinin ən maraqlı ziddiyyətlərindən biridir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Uşaq hüquqları aylığı" çərçivəsində iki tamaşa nümayiş etdirilib.

Ən son

HƏR ŞEYDƏN

Artıq çəki və piylənmə bu gün dünyanın ən geniş yayılmış sağlamlıq problemlərindəndir.

HƏR ŞEYDƏN

Artıq çəki və piylənmə bu gün dünyanın ən geniş yayılmış sağlamlıq problemlərindəndir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin