Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/12/2026

Paylaşın

GÜNDƏM

Bakıda keçiriləcək “SportAccord Convention 2027” sammiti üçün qeydiyyat başlayıb

"SportAccord Convention 2027"

2027-ci ildə Bakıda keçiriləcək “SportAccord Convention 2027” idman sammiti üçün qeydiyyat prosesi başlayıb.

Bu barədə Baki-baku.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Tədbir 9-13 may aralığında baş tutacaq.

Sammitdə 120-dən çox beynəlxalq idman federasiyası, Beynəlxalq Olimpiya Komitəsi (BOK), qlobal idman yarışlarına ev sahibliyi edən şəhərlərin rəhbər strukturlarının və idman sənayesinin aparıcı şirkətlərinin təmsil olunacağı gözlənilir. Ümumilikdə 65-dən artıq ölkədən 600-dən çox təşkilatı təmsil edən 1700-dən yuxarı rəsmi nümayəndənin iştirakı nəzərdə tutulur.

“SportAccord” beynəlxalq idman təşkilatlarının rəhbərlərini, sənaye ekspertlərini və iş dünyasının liderlərini bir araya gətirən müstəsna platformadır. Beş gün davam edəcək sammit çərçivəsində beynəlxalq federasiyaların rəsmi iclasları, konfranslar, panel müzakirələri, ixtisaslaşmış sərgilər və B2B görüşlər təşkil olunacaq. İştirakçılar strateji tərəfdaşlıqlar qurmaq, qabaqcıl təcrübə mübadiləsi aparmaq və idman sənayesinin gələcək inkişaf vektorlarını müəyyənləşdirmək imkanı əldə edəcəklər.

Tədbirin əsas işgüzar proqramı Bakı Konqres Mərkəzində baş tutacaq. Təntənəli açılış mərasimi isə Heydər Əliyev Mərkəzində keçiriləcək.

“SportAccord Convention 2027” Azərbaycanın qlobal idman xəritəsindəki mövqeyini daha da möhkəmləndirməklə yanaşı, ölkəmizin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanlarını yenidən nümayiş etdirəcək. Bu möhtəşəm sammit yerli şirkətlər və təşkilatlar üçün dünya idman sənayesinin aparıcı simaları ilə birbaşa əlaqələr qurmaq, öz potensialını beynəlxalq auditoriyaya təqdim etmək fürsəti yaradacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Ən son

GÜNDƏM

2027-ci ildə Bakıda keçiriləcək "SportAccord Convention 2027" idman sammiti üçün qeydiyyat prosesi başlayıb.

GÜNDƏM

2027-ci ildə Bakıda keçiriləcək "SportAccord Convention 2027" idman sammiti üçün qeydiyyat prosesi başlayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin