Bakının Pirşağı qəsəbəsi və bağlarını “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə bağlayan 173A və 173B nömrəli müntəzəm marşrut xətlərində avtobuslar yenilənir.
Baki-baku.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Noyabrın 13-dən etibarən həmin marşrut xətləri üzrə ekoloji cəhətdən təmiz, CNG texnologiyası əsasında işləyən avtobuslar sərnişinlərə xidmət göstərməyə başlayacaq.
Hər bir marşrut xətti üzrə 6 ədəd avtobus fəaliyyət göstərəcək.
Avtobusların daxilində ödəniş yalnız nağdsız formada həyata keçirilir. Gedişhaqqı 0,65 manat olaraq təyin edilib.