Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/11/2026

Paylaşın

GÜNDƏM

“Kəlbəcər” tankeri əsaslı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Kəlbəcər” tankerinin ilk əsaslı təmiri başa çatıb.
Bu barədə Baki-baku.az-a ASCO-dan məlumat verilib.
Bildirilib ki, Xəzərdənkənar sularda fəaliyyət göstərən gəminin təmiri Türkiyənin Tuzla təmir bölgəsində yerləşən “Kuzey Star” tərsanəsində həyata keçirilib.
Proses çərçivəsində tankerin baş mühərrikləri, qazanı, kompressorları, eləcə də digər mexanizm və sistemləri yoxlanılaraq təmir edilib. Gəminin gövdəsində köhnə boya örtüyü təmizlənib, qaynaq və rənglənmə işləri aparılıb.
Məlumata əsasən, təmirdən sonra zəruri sınaqlardan uğurla keçən tanker yenidən beynəlxalq yükdaşımalara cəlb olunub. “Kəlbəcər” ilk reysini Burqas–Kulevi limanları arasında həyata keçirib.
Yeni nəsil tankerin uzunluğu 141 metr, eni 16,9 metr, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə olunan gəmi saatda 10 uzel sürətlə hərəkət edir. Xam neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulan tankerin dedveyti 7 786 tondur.
Gəmi 2021-ci il sentyabrın 10-da istismara verilib və həmin vaxtdan Azərbaycan bayrağı altında beynəlxalq sularda fəaliyyət göstərir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Zəfər Tağı. 9.11.26" qeydini əlavə edib.

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a ASCO-dan məlumat verilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-a ASCO-dan məlumat verilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin