Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/08/2026

Paylaşın

GÜNDƏM

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Almatıda beynəlxalq konfransda çıxış edib

“Əl-Fərabi və onun bəşər tarixindəki töhfələri”

6 noyabr 2026-cı il tarixində Qazaxıstanın Almatı şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO), Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə təşkilatçılığı ilə “Fəlsəfə, Fəzilət, Gələcək” mövzusunda “Əl-Fərabi və onun bəşər tarixindəki töhfələri” adlı Beynəlxalq Konfrans keçirilir.

Baki-baku.az xəbər verir ki, tədbirin açılış mərasimində Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevin iştirakçılara ünvanladığı təbrik müraciəti ölkənin vitse-prezidenti Yerlan Karin tərəfindən səsləndirilib. Rəsmi sessiyanın moderatoru qismində Qazaxıstan Respublikasının Elm və Ali Təhsil naziri Sayasat Nurbek çıxış edib.

Konfransda müxtəlif ölkələri – Azərbaycan, Qazaxıstan, Türkiyə, Rusiya, Mərakeş, Malayziya, Çin və s. təmsil edən dövlət və elm xadimləri, beynəlxalq qurum və universitet rəhbərləri, tanınmış alimlər və tədqiqatçılar iştirak ediblər.

Konfransın rəsmi açılışında fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Əbu Nəsr Əl-Fərabinin elmi-fəlsəfi irsinin Şərq və Qərb elmi düşüncəsinin inkişafındakı əhəmiyyətini vurğulayıb. O, böyük mütəfəkkirin irsinin müasir dövrün intellektual və mənəvi çağırışları kontekstində də aktuallığını qoruduğunu qeyd edib.

Çıxışında Fond tərəfindən türk xalqlarının ortaq tarixi-mədəni irsinin qorunması, tədqiqi və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilən təşəbbüslərdən, eləcə də bu sahədə elmi və mədəni əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

Konfransda ICESCO-nun Baş direktoru Salim M. Al-Malik , Əl-Fərabi adına Qazax Milli Universitetinin İdarə Heyətinin sədri və rektoru Janseyit Tüymebayev, Beynəlxalq İslam Universitetinin rektoru, professor Osman Bakar (Malayziya), Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Komitəsinin sədri Kürşad Zorlu, Moskva İslam İnstitutunun rektoru və Sankt-Peterburq Dövlət Universitetinin İslam Araşdırmaları Mərkəzinin direktoru Damir V. Muxetdinov, eləcə də Çjençjou Universitetinin professoru Wei Chuxiong çıxışlar ediblər.

Konfrans Əl-Fərabinin zəngin elmi-fəlsəfi irsinin müasir dövrün intellektual və mənəvi çağırışları kontekstində yenidən dəyərləndirilməsi, eləcə də beynəlxalq elmi və mədəni əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Zəfər Günü ilə bağlı paylaşım edib.

GÜNDƏM

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Zəfər Günü ilə bağlı paylaşım edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin