Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/06/2026

Paylaşın

İQTİSADİYYAT

Azərbaycanda gözəllik və bərbərxana xidmətlərinə görə ƏDV-nin 50 %-i sahibkarlara qaytarılacaq

ƏDV, Bərbərxana

Azərbaycanda gözəllik və bərbərxana xidmətlərinə görə ƏDV-nin 50 %-i sahibkarlara qaytarılacaq.

Baki-baku.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bərbərxana və gözəllik xidmətləri sektorunda leqal fəaliyyət göstərən şəbəkə xidmətləri tərəfindən ƏDV üzrə təşviq mexanizminin tətbiqi ilə bağlı təkliflər irəli sürülüb və bu təkliflər nəzərə alınıb: “Belə ki, göstərilən xidmətlərə görə hesablanmış ƏDV-nin 50 %-i sahibkarlara geri qaytarılacaq. Bu, indiyədək özəl sektorda, həmçinin kommersiya fəaliyyəti göstərən müəssisələrdə tətbiq etdiyimiz və uğurlu nəticələrini gördüyümüz siyasətin gözəllik xidmətləri sahəsində də genişləndirilməsidir. Bununla yanaşı, müəyyən səbəblərdən xərclərini rəsmiləşdirməkdə çətinlik çəkən sahibkarların fəaliyyət göstərdiyi sahələrdə alternativ sadələşdirilmiş vergi rejiminin tətbiqi də nəzərdə tutulur. Məsələn, gözəllik və bərbərxana xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarlar üçün belə bir imkan yaradılır. Belə ki, əməliyyatlarını tam rəsmiləşdirə bilməyən subyektlər də sadələşdirilmiş vergi rejimindən yararlana və 8 % dərəcə ilə vergiyə cəlb oluna biləcəklər”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva uşaq evini ziyarət edib.

Ən son

GÜNDƏM

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunmuş “8 Noyabr

GÜNDƏM

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunmuş “8 Noyabr
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin