Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/29/2026

Paylaşın

GÜNDƏM

Bakının iki rayonunda işıq olmayacaq

IMG-20261029-WA0000

Bakının bir sıra ərazilərində və Abşeron rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Baki-baku.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, eləcə də enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 29-da Bakının Yasamal və Xətai rayonlarında, həmçinin Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində təmir işləri aparılacaq.

Yasamal rayonunda transformator məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Kazım Kazımzadə, Ümid Əkbərov və Vasif Əliyev küçələrində, həmçinin Hüseyn Cavid və İnşaatçılar prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Xətai rayonunda transformator məntəqəsində aparılacaq təmir, yoxlama və sınaq işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Xocalı prospektinin, Sergey Senyuşkin və Yusif Səfərov küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

Abşeron RETSİ-nin xidmət ərazisində yerləşən 110/35/10 kV-luq 137 saylı yarımstansiyada da təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 16:00-dək 35/6 kV-luq “Pirəkəşkül”, “Çaylı” və “Cəngi” yarımstansiyalarında, eləcə də “Pirəkəşkül” yarımstansiyasından çıxan bir sıra 6 kV-luq hava xətlərində elektrik enerjisinin verilişi dayandırılacaq. Həmin müddətdə Çaylı, Cəngi və Təzəkənd kəndləri də elektrik enerjisiz qalacaq.

Bildirilib ki, təmir işləri elektrik enerjisinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına və artan tələbatın qarşılanmasına xidmət edəcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu göndərib.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin