Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/29/2026

Paylaşın

TARİX

Sultan Səlim – atasını taxtdan zorla endirən, onun bəd duasını alan Yavuz adam

Sultan Səlim, Yavuz Sultan Səlim

Sultan Bəyazid: “Qılıncın kəskin, ömrün qısa olsun!”

Milli dövlətçilik tariximizə adı qızıl hərflərlə həkk olunan, dünyaya hökm edən qüdrətli simalar, imperatorlar, sərkərdə-xaqanlar var ki, onlar həm də səltənət uğrunda ən doğma adamlarını, qardaşlarını və övladlarını belə edam etdirməkdən, atalarının taxtını zorla ələ keçirməkdən belə çəkinməyiblər.

İki qüdrətli dünya fatehi Yavuz Sultan Səlim, on bir qardaşını bir gecədə ölümün ağuşuna atan Sultan Murad və Qanuni Sultan Süleyman onlardandır. Səltənət uğrunda oğlu şahzadə Mustafanı edam etdirən Sultan Süleyman son məqamda xanədanın nifrəti, Yeniçəri ocağının ahı ilə baş-başa qaldı.

Yavuz Sultan Səlim

Sina çölünün fatehi, islamın himayədarı, Peyğəmbər əleyhissəlamın “Kutsal əmanətlərini” Osmanlıya, Topqapı sarayına gətirib, hər gün onun başının üstündə hafizlərin, “Qurani-Kərim”dən ayələrin oxunması üçün fərman imzalayan, cəmi 49 yaşında müəmmalı şəkildə dünyaya vida nəğməsi oxuyan Yavuz Sultan Səlim deyilənə görə, atasının – II Sultan Bəyazidin bəd duasına tuş gəlir. Nuri-Osmaniyyə kitabxanasında qorunan bəlgələrdə, Osmanlı tarixi ilə bağlı sənədlərdə qeyd olunur: “Bir padşahın bəd duası oğlunun qədərini dəyişə bilərmi?”

Rəvayətə görə, “Taxtdan çəkilmək zorunda qalan II Bəyazid oğulları arasındakı taxt mübarizəsinin ən sərt ismi olan Yavuz Sultan Səlimdən qarğışla ayrıldı. Bəyazid ayrılarkən oğluna bu sözləri söylədi: “Səltənətinin xeyrini görməyəsən…”

Yavuz Sultan Səlim

Səfəviləri yendi, Məmlüklər Dövlətini yıxdı, Xilafəti Osmanlıya bağladı

“Yavuz taxta keçdikdən sonra Osmanlı tarixinin ən böyük fətihlərini gerçəkləşdirdi: Səfəviləri yendi, Məmlüklər Dövlətini yıxdı, Xilafəti Osmanlıya bağladı, amma bu ehtişamla yalnız 8 il taxtda qala bildi. 49 yaşında ikən çıxdığı bir səfər sırasında həyatını kayb etdi. Ölüm səbəbinin ağır bir xəstəlikmi, zəhərlənməmi, yoxsa illərdir anlatılan “Babanın bəd duasımı” olduğu hələ də tartışılmaqdadır…”

Yavuz Sultan Səlim

Ata-babasının ahı, bəd duası insanı harada olursa olsun tutur, Qılıncı kəskin, Səltənəti qüdrətli, Taxtı əzəmətli olsa belə…

“Nəhəng bir İmperatorluğu böyüdən, dünyaya hökm edən hökmdar ömrünə hökm edə bilmədi” deyə başlayan digər bir bəlgədə isə qeyd olunur: “Bəyazid taxtdan oğlu Yavuz Sultan Səlim tərəfindən zorla endirildi. Taxta keçən oğlu 8 ildə dövləti qüdrətli bir İslam İmperatorluğuna çevirdi, fəqət babasının bəd duası üzərində idi və gənc yaşında vəfat etdi, çünki II Bəyazidin oğlu Yavuz Sultan Səlimə bəd duası belə idi: “Qılıncın kəskin, ömrün qısa olsun!”
Bu iki fakt sübut edir ki, doğma insanlarının, ata-babasının ahı, bəd duası insanı harada olursa olsun tutur, Qılıncı kəskin, Səltənəti qüdrətli, Taxtı əzəmətli olsa belə.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli iclasının iştirakçılarına müraciət

Ən son

GÜNDƏM

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə rəsmi "Instagram" hesabında paylaşım edib.

GÜNDƏM

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə rəsmi "Instagram" hesabında paylaşım edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin