Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/27/2026

Paylaşın

GÜNDƏM

Bakıda 95 küçə və prospektdə təmir başa çatıb

Bakıda 95 küçə və prospektdə təmir, Küçə, Prospekt, Təmir

Bakıda həyata keçirilən genişmiqyaslı yol təmiri proqramı çərçivəsində indiyədək 95 küçə və prospektdə işlər tam yekunlaşıb.

Baki-baku.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinad edərək (AAYDA) xəbər verir.

Bildirilib ki, təmiri başa çatdırılmış yolların ümumi uzunluğu 48,7 kilometr təşkil edir.

Bakı şəhərində ümumilikdə 110 küçə və prospekti əhatə edən genişmiqyaslı təmir proqramı icra olunur. Qısa müddət ərzində proqram üzrə nəzərdə tutulan küçə və prospektlərin 86,4 %-də təmir işləri tamamlanıb. İndiyədək döşənmiş asfalt örtüyünün ümumi sahəsi isə 750 526 kvadratmetrə çatıb.

Təmir tədbirləri paytaxtın müxtəlif ərazilərini əhatə edir. Görülən işlər şəhərin yol infrastrukturunun yenilənməsinə, avtomobillərin hərəkət şəraitinin və yolların istismar göstəricilərinin yaxşılaşdırılmasına xidmət edir.

Hazırda proqram çərçivəsində daha 15 küçə və prospektdə təmir işlərinin yekunlaşdırılması nəzərdə tutulur. Onlardan 5-də işlər davam etdirilir.

Agentliyin məlumatına əsasən, indiyədək Bakı şəhərinin bütün 12 inzibati rayonunu əhatə edən, belə geniş həcmdə asfalt örtüyünün yenilənməsini nəzərdə tutan təmir proqramı həyata keçirilməyib.

Proqram başa çatdıqdan sonra paytaxt üzrə ümumilikdə 110 küçə və prospektdə yol infrastrukturu yenilənmiş olacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı şəhərinin Nəsimi rayonunda, 28 May küçəsində, “The Ritz-Carlton Baku” hotelinə qədər olan ərazidə yeni parkın salınması nəzərdə

Ən son

GÜNDƏM

Bakı şəhərində Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlton Baku" hotelinə qədər olan və daha

GÜNDƏM

Bakı şəhərində Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlton Baku" hotelinə qədər olan və daha
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin