“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov”-“İçərişəhər” metro xəttində birbaşa hərəkət sınaq məqsədi ilə bərpa olunub.
Baki-baku.az xəbər verir ki, bununla da “Həzi Aslanov”-“Əhmədli” sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib.
Xatırladaq ki, “Həzi Aslanov” metrostansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar 2024-cü il noyabrın 30-dan Bakı metrosunun “Qırmızı” və “Yaşıl” xətlərində qatarların hərəkət sxemi dəyişdirilib. Həmin tarixdən qatarlar “İçərişəhər” və “Dərnəgül” metro stansiyalarından “Əhmədli” stansiyasına qədər hərəkət edib, “Həzi Aslanov”-“Əhmədli” sahəsində isə ayrıca məkik hərəkəti təşkil olunub.