Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/26/2026

Paylaşın

HƏR ŞEYDƏN

İstanbulun müqəddəslik ünvanları

IMG-20261026-WA0003

İkinci yazı

Eyyub Sultan inciləri

Min illər boyu üstündə qanlı savaşlar gedən, atların şahə qalxıb, qılıncların ildırım kimi çaxdığı İstanbulun hər qarışı, daşı, Nişantaşı kimi Eyyub Sultanın da ayrıca yeri, məqamı var. Bəylikdüzü, Bəyoğlu, Topqapı bir yanadır, Eyyub Sultan bir yana. Topqapını, Dolmabağçanı sultanların sarayı bilənlər, Eyyub Sultanı müqəddəslərin diyarı kimi qəbul edir. İstanbul içində bir İstanbul, Osmanlı içərisində bir islam dünyası olan Eyyub Sultanın zinəti olan müqəddəs türbələr həm də Mədineyi-Münəvvərin, Məkkənin, Qüdsün, Şamın, Nəcəf-ül Əşrəfin bir parçasıdır.

İzzət Əfəndi, Karyağdı Baba, Mirmiran Mehmet ağa, Mihrişah Validə Sultan, Muhammed-ül Ensari, Mustafa ağa, Neqqaş Hasan Paşa, Nişançı Ferudin ağa, Ahmet Paşa, Prens Sabahaddin, Siyavuş Paşa, Sokullu Mehmet Paşa, Şah Sultan, Ya Vedud Sultan, Zal Mahmud Paşa, Abdullah Nidayi Əfəndi, Abdulqani Əfəndi, Abdurrahman Paşa, Adilə Sultan, Ahmet Pir Edirnevi, Alaəddin Arabi, Ayaz Paşa, Dəftərdar Mahmud Çələbi, Ebu Dərda, Eyyub Sultan, Fərhad Paşa, Hasan Hüsnü Paşa, Hancerli Sultan, Bulak Mustafa Paşa, Cifte Gelinler, Daya Hatun türbələri ilə İstanbulun gözünün nuruna, islamın mirvarisinə çevrilən Eyyub Sultanda binə tutan türbələri ikiyə ayırdıqda kəramət, möcüzə ilə anılanlara və Osmanlı İmperiyasında mövqe sahibi olanlara – sərkərdələrə, baş xatunlara, sultanların yaxınlarına aid olan türbələrə bölmək olar.

Eyyub Sultanın mirvarisi sayılan, Dövlətdəki yeri və rolu, övliyalıq məqamı ilə dünyada məşhur olan, elm-irfan bulağından içən və içilən bu təsəvvüf yolçuları və möcüzə sahiblərinin bir çoxlarına məxsus türbələr var ki, onlar bu gün də Tanrı evlərinə bərabər əzəməti ilə diqqət çəkməkdədir.

Abdulla Hudayi Əfəndi, Abdullaqani Əfəndi, Ahmet Pir Edirnevi, Alaəddin Arabi, Ədu Derda, Eyyub Sultan, Hançerli Sultan, İzzət Əfəndi, Karyağdı Baba, Mahmud-ül Ensari türbələri isə bilavasitə müqəddəslərin və müqəddəsliklərin diyarı kimi Eyyub Sultanı İstanbulun ziyarət ünvanlarından birinə çevirmişdir.

Eyyub Sultan türbəsi – Peyğəmbər əleyhissalama bağlı məkan

İslam tarixinin məşhur biliciləri tərəfindən daha çox tədqiq edilən, haqqında elmi ictimaiyyətə məlumatlar verilən Eyyub Sultan türbəsi Peyğəmbər əleyhissəlama, Əhli-Beytə bağlı müqəddəs məkan olaraq bu gün Kəbə, Mədinə, Məkkə, Nəcəf-ül Əşrəf, Məşhəd, Gəncə və Bakı kimi dünya müsəlmanları tərəfindən əziz bilinməkdədir. Eyyub Sultan əfəndinin adı ilə bağlı İstanbulda səmtin olması da deyilənlərin təsdiqidir. İstanbulu hər halı, xəyalı ilə sevənlərin bir çoxunun arzusu məhz bu müqəddəs məkanda yurd-yuva sahibi olmaqdır. Əldə olunan məlumatlardan bəlli olur ki, Kərbəlaya gedənlərə kərbəlayi, Məşhədə gedənlərə məşədi, Məkkəyə gedənlərə, Kəbəyə varanlara Hacı titulu verildiyi kimi, Eyyub Sultanı dolanıb gələnlərə əksər müsəlman dövlətlərində Sultan Əfəndi ünvanı verilir.

Abdullah Nidai Əfəndi – Bir nidası ilə çeşmələr, bulaqlar qaynadan övliya

İslam dünyasının məşhur övliyalarından biri Abdullah Nidai Əfəndi türbəsi İstanbulun irfan bulaqlarından, möcüzə dolu ünvanlarından biridir. Təsəvvüv yolçusu olan Abdullah Nidai Əfəndiyə aid olan türbə islam tarixi ilə bağlı təfsirlərdə adı keçən müdəddəs məkanlardandır.

Deyilənə görə, insanlara yardım edən, duaları ilə şəfa verən, kəramət sahiblərindən olan Abdullah Nidai Əfəndi təkkəsinin qapısını heç zaman bağlamaz, qəriblərin, kimsəsizlərin xeyir-bərəkət, hüzur ünvanı kimi ad çıxarmaqla yanaşı, həm də kəramətləri, möcüzələri ilə təkcə Osmanlıda deyil, Yaxın və Orta Şərqdə, Türküstanda belə məşhur imiş. Əldə olunan məlumatlardan bəlli olur ki, onun kəraməti-bir nidası ilə ən uzaq məsafələrdə belə xəstələr şəfa tapırmış. Nidai ünvanı ilə yer üzünə səs salan Abdullah Əfəndi əsasını yerə üç dəfə vurub “Ol!”, “Gəl!”, “Qayna!” dediyi yerlərdə çeşmələr, bulaqlar qaynayarmış.

Abdulqani Əfəndi – Kəraməti ilə şöhrətlənən, sarayda yer alan dövlət xadimi

Doğudan Batıya at çapan, çatdığı məmləkətlərdə altundan saraylar yapan türklər daima sarayının baş köşəsində elmi-irfan bulağından içənlərə, mürşidi-kamillərə, el və dil bilicilərinə yer verdilər. Türbəsi bu gün də övliyalar, kəramət sahibləri kimi müqəddəs bilinən Abdulqani Əfəndi də Osmanlı dönəmində sarayda sultan, baş köşədə yer alan mürşidlərdəndir.

Abdulqani Əfəndinin irsi və şəxsiyyəti ilə bağlı əldə olunan məlumatlardan bəlli olur ki, o da eynən Eyyub Sultan Əfəndi kimi kəramət və möcüzələri ilə şöhrət tapan müqəddəslərdən olub. Şəfa qaynağı olaraq daha çox iflic xəstələrini ayağa qoyan Abdulqani Əfəndi saray katibliyində yer alan dövlət xadimi kimi həm də dövlət işlərinə nüfuz edib. Osmanlının məşhur mədrəsələrində çoxsaylı ardıcıllar və müridlər yetişdirib.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, tədbirlərdə “Balaca Şahzadə” uşaq bağçasının balaca fidanları, “İdrak” liseyi, 144, 221, 156, 333 və

Ən son

GÜNDƏM

Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan və Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsi artıq işıqforlarla tənzimlənir.

GÜNDƏM

Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan və Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsi artıq işıqforlarla tənzimlənir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin