Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/20/2026

Paylaşın

GÜNDƏM

BŞİH-də müşavirə: Qışa hazırlıqla bağlı tapşırıqlar verildi

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.
Bu barədə Baki-baku.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün Prezident İlham Əliyevin son tarixi çıxışlarının yaratdığı təəssürat altında olduqlarını vurğulayıb.
O qeyd edib ki, dövlətimizin başçısının bu çıxışlarını sadəcə bəyanatlar kimi qiymətləndirmək olmaz:
“Çünki mahiyyət etibarilə həmin çıxışlar dünənin və bugünün reallıqlarını özündə əks etdirən, gələcəyə ünvanlanmış mühüm tarixi mesajlardır. Bu çıxışlarda Qarabağ məsələsinin Azərbaycan xalqı tərəfindən müstəqil şəkildə həll edildiyi birmənalı olaraq bəyan olundu. Azərbaycan kimi bir dövlətin tam müstəqil siyasi kurs həyata keçirməsi bütün dünyaya əyani şəkildə göstərildi. Bu da tarixi nöqteyi nəzərdən çox vacibdir. Əminəm ki, bu çıxışlar elmi dərinlik baxımından gələcəkdə saysız tarixi-elmi dissertasiyaya mövzu olacaq”.
Müşavirə zamanı paytaxtda aparılan abadlıq-quruculuq işləri, kommunal xidmətlərin fəaliyyəti, sanitar-təmizlik vəziyyəti və yaşıllaşdırma ilə bağlı cari məsələlər də müzakirə olunub.
Həmçinin kommunal xidmət sahələrinin rəhbərlərinin qış mövsümünə hazırlıq işlərinin gedişi barədə hesabatları dinlənilib.
Müşavirənin yekununda görülən işlərin sürətləndirilməsi və qarşıya qoyulan vəzifələrin vaxtında yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Fonddan məlumat verilib.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin