Bakıda satışa çıxarılan narın əsas hissəsi yerli istehsalın payına düşür.
Bunu Baki-baku.az-a müsahibəsində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) İdarə Heyətinin sədri Fərhad Qaraşov deyib.
O bildirib ki, mövsüm ərzində, bəzən isə mövsüm olmayan zamanlar ölkənin narçılıq bölgələrindən paytaxta müntəzəm məhsul gətirilir:
“Hazırda Bakıda nar təchizatı ilə bağlı qıtlıq müşahidə olunmur.
Nar mövsümündə yerli nar bazarda güclü mövqeyə malik olur. Nar ölkəmizdə yalnız kənd təsərrüfatı məhsulu deyil, həm də milli-mədəni dəyərimizin bir hissəsidir. Eyni zamanda narçılıq qeyri-neft sektorunun və kənd təsərrüfatının mühüm sahələrindən biridir”.
Müsahibənin geniş variantı ilə buradan tanış ola bilərsiniz.