Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/07/2026

Paylaşın

GÜNDƏM

Bakıda “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans keçiriləcək

"Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi"

Bakıda “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans keçiriləcək.

Baki-baku.az xəbər verir ki, tədbir oktyabrın 9-da Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, alimlər, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər, eləcə də ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Qeyd edilib ki, konfransın əsas məqsədi müasir dövrdə gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması, dünyagörüşünün zənginləşdirilməsi və cəmiyyətin fəal üzvləri kimi yetişdirilməsi istiqamətində mövcud yanaşmaların müzakirəsidir.

Konfrans çərçivəsində milli kimlik, vətənpərvərlik, ailə dəyərləri, sosial məsuliyyət və sağlam həyat prinsiplərinin gənclərin tərbiyəsində rolu diqqət mərkəzində olacaq. Eyni zamanda, onların milli-mənəvi irsə bağlılığının möhkəmləndirilməsi, ictimai məsuliyyətinin artırılması və proseslərdə fəal iştirakının təşviq edilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbir çərçivəsində “Ailə, təhsil və cəmiyyət: gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət”, “Müasir informasiya mühitində gənclərin rəqəmsal savadlılığı və milli dəyərlər” mövzularında panel sessiyaları baş tutacaq.

Bənzər Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a ADY-dən məlumat verilib.

Ən son

GÜNDƏM

Bakının Binəqədi və Sabunçu rayonlarında yolların təmiri ilə əlaqədar oktyabrın 7-dən nəqliyyat vasitələrinin hərəkətinə qismən

GÜNDƏM

Bakının Binəqədi və Sabunçu rayonlarında yolların təmiri ilə əlaqədar oktyabrın 7-dən nəqliyyat vasitələrinin hərəkətinə qismən
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin