Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/06/2026

Paylaşın

Uncategorized

“Azərişıq”: Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq

IMG-20261006-WA0010

Abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC regionlarla yanaşı paytaxt və ətraf ərazilərdə bir sıra yaşayış məntəqələrinin elektrik təsərrüfatını yeniləyir.

Baki-baku.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, həyata keçirilən yenidənqurma işləri Zirə Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində yerləşən qəsəbələri də əhatə edir.

Bildirilib ki, 2026-cı ilin Tədbirlər Planına əsasən ilin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzinin yaradılması nəzərdə tutulub.

Onlardan artıq 5-i tam quraşdırılıb, şəbəkəyə qoşulması üçün hazır vəziyyətə gətirilib.

Yenidənqurma işləri çərçivəsində Qala qəsəbəsi Xaşaxuna bağları yaşayış massivində 250 kVA gücündə yeni Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Həmçinin 6 kV-luq yeraltı kabel xətləri və 0.4 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir, dayaqlar yenilənir.

Türkan qəsəbəsinin bir sıra yaşayış ərazilərində də 6 və 0.4 kV-luq elektrik şəbəkəsi yenidən qurulur.

Həmçinin müxtəlif gücdə 6/0.4 kV-luq KTM-lər quraşdırılır, sayğaclar yeniləri ilə əvəzlənir.

Aparılan yenidənqurma işləri Pirallahı və Dübəndi yaşayış məntəqələrini də əhatə edib. Pirallahı qəsəbəsində yeni SMS tipli sayğaclar quraşdırılıb, əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün müasir güc mərkəzləri yaradılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ölkənin bütün regionlarında, həmçinin ən ucqar kənd və qəsəbələrdə belə yenidənqurma və əsaslı təmir işlərini davam etdirir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17

Ən son

İQTİSADİYYAT

Asiya İnkişaf Bankı (ADB) Biləcəri və Yalama arasındakı 192 kilometrlik ikixətli dəmir yolunda müasir elektrikləşdirmə,

İQTİSADİYYAT

Asiya İnkişaf Bankı (ADB) Biləcəri və Yalama arasındakı 192 kilometrlik ikixətli dəmir yolunda müasir elektrikləşdirmə,
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin