Nəşr edilmişdir 11/26/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Bu gün Azərbaycan Kəlağayısı günüdür

Kəlağayı

Milli mənəvi dəyərlər və geyim mədəniyyəti bizim tariximizdir. Özünəməxsus yeri olan kəlağayı, min illər boyu Azərbaycan qadınının baş örtüyü olmaqla yanaşı, həm də ləyaqət simvolu olub. Kəlağayının vətəni Azərbaycan, bilavasitə zəngin mədəniyyəti, xüsusən də saray mədəniyyəti ilə bağlıdır. Şirvanşahlar dövründə Basqalda və Şəkidə fərdi emalatxanalarda toxunan kəlağayı, sonralar ölkəmizin tikiş və toxuculuq sənayesində mühüm yer tutub. Basqal və Şəki kəlağayılarının əsərlərdəki yerini 100 illər boyu müxtəlif ölkələrdən gələn səyyahlar qeyd ediblər, bu da onun təbii gözəlliyi ilə yanaşı, onu yaradan xalqın toxuculuq və boyaqçılıq mədəniyyətini də əks etdirir.

Böyük İpəkyolu üzərində yerləşən Azərbaycanda ticarətlə məşğul olan məşhur tacirlər, öz karvanlarında Azərbaycan xalçaları, ziynət əşyaları ilə yanaşı, kəlağayıya da böyük diqqət yetirirdilər.

2016-cı ildə ölkənin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan kəlağayısı dünyanın maddi-mədəni irsi siyahısına daxil edilib və indi həm də ölkəmizin rəmzlərindən biri olaraq, dünyanın məşhur muzeylərində sərgilənir.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Qadınlar üçün dünyanın ən təhlükəli yeri elə onun evidir”.Baki-Baki.az bu barədə BMT-nin feminisidlə (qadın qətlləri ilə) mübarizəyə dair

Ən son

DİGƏR XƏBƏRLƏR

Bakı metropoliteni noyabrın 28-də Azərbaycanı UEFA Avropa Liqası turnirinin əsas mərhələsində təmsil edən “Qarabağ” futbol

DİGƏR XƏBƏRLƏR

Milli mənəvi dəyərlər və geyim mədəniyyəti bizim tariximizdir. Özünəməxsus yeri olan kəlağayı, min illər boyu

ƏSAS XƏBƏRLƏR

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin