Dünyanın sürətlə inkişaf etdiyi artıq hər kəsə məlumdur. Texnologiyanın inkişafı gün keçdikcə yeni sferalara da toxunaraq dünyamızı rəqəmsallaşdırır. Bu elə bir təbii inkişafdır ki, buna qarşı çıxmaq sözün əsl mənasında imkansızdır. Hal belə olduqda sözügedən təkamül və inkişaf prosesin qəbul etmək və özümüzə bu yeni günəş altında bir yer tapmaq zərurət halın alır. Pessimist səslənsə də, realistik düşüncəmə görə əks halda gözləniləndən daha tez yararsızlaşarıq.
Etimologiyası qədim Yunan dilindən gələn “intellekt” sözünün anlamı da yanlışı doğrudan ayırd edərək mühitə uyğunlaşmaq bacarığı deməkdir. Elə isə müasir dünyaya ayaq uydurmaq üçün rəqəmsallaşmanı, dolaysıyla müasirləşməni təbii hal kimi qəbul edib ondan yararlanmaq lazımdır.
Dünyaya iri miqyasdan baxsaq, şəhadət və baş barmağımızla böyüdüb, onların inkişafına nəzər salmaq istəyirəm. Bir az da spesifikləşdirib məhz Bakının müasir şəhər olmasını analiz edək bu məqalədə.
Bakıda yaşamaq artıq bir neçə il əvvəlkindən fərqli olub. Texnoloji yeniliklər sakinlərin gündəlik həyatını həm dəyişir, həm də asanlaşdırır. Aşağıda təqdim etdiyim siyahıda, fikrimcə, ən çox dəyişən sahələr qeyd olunub.
- Nəqliyyat. Taksi xidmətləri: “Bolt”, “Yango”, “Uber” kimi platformalarda şəhər içi hərəkət daha sürətli və asan olub. Avtobus və metro xətlərində rəqəmsal ödəniş də həmçinin nəqliyyatı daha rahat edib.
- “Smart City” layihələri. Yol nəzarəti və ağıllı işıqlandırma kimi layihələr şəhər həyatını daha təhlükəsiz və səmərəli edib.
- Parkinq sistemləri. Tətbiq üzərindən aparılan avtomatlaşdırma sürücülərə daha çox vaxt qazandırır.
- Onlayn ticarət. Alış-veriş platformaları sakinlərin bazarlıq vərdişlərin yeni formaya dəyişib.
- Virtual Mədəniyyət Təcrübələri. Muzeylər və sərgilər artıq virtual turlar təklif edir.
Gələcəkdə daha çox rəqəmsallaşma ilə şəhərin siması yenidən formalaşacaq. Əsas məsələ, bu yenilikləri şəhərin tarixi və mədəni kimliyini qoruyaraq balanslı şəkildə tətbiq etməkdədir. Belə olduqda fikrimcə gələcək inteqrasiya prosesi zədəsiz baş verəcək.