Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/26/2026

Paylaşın

GÜNDƏM

Dövlət agentliyi məsələni nəzarətə götürdü, 29 yaşlı gəncə ömürlük əlillik təyin edildi

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi

Ucar rayon sakini, 1997-ci il təvəllüdlü Elman Arif oğlu Əliyevə müddətsiz, yəni ömürlük I dərəcə əlillik təyin edilib.

Baki-baku.az xəbər verir ki, bu barədə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov məlumat verib.

O qeyd edib ki, Elman Əliyevin II dərəcə əlillik müddəti başa çatsa da, əlillik müddətinin uzadılması üçün zəruri olan “Forma 88” göndərişi elektron sistemə daxil edilməyib, göndəriş olmadan isə əlillik təyinatının aparılması mümkün deyil.

Elman Əliyevlə bağlı mediada yayılan məlumatlardan sonra məsələ Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən nəzarətə götürülüb.

Zəruri texniki prosedurların həyata keçirilməsi məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əməkdaşlıq çərçivəsində birgə dəstək işləri aparılıb.

Nəticədə Elman Əliyev barədə göndəriş müvafiq tibb müəssisəsi tərəfindən elektron sistemə daxil edilib.

Qısa müddət ərzində qiymətləndirmə aparılıb və orqanizmin funksiyalarının 85 faiz pozulması əsas götürülərək Elman Əliyevə müddətsiz I dərəcə əlillik təyin olunub. Həmçinin ona əlilliyə görə aylıq sosial ödənişlər təyin edilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda 10-cu dəfə keçirilən "Formula 1" Azərbaycan Qran-prisi çərçivəsində azarkeşlərlə pilotların görüşü təşkil olunub.

Ən son

GÜNDƏM, İQTİSADİYYAT

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International

GÜNDƏM, İQTİSADİYYAT

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin