Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/25/2026

Paylaşın

GÜNDƏM

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar “Bir nəfəs qədər” tamaşası oynanılacaq

"Bir nəfəs qədər"

27 Sentyabr — Anım Günü ilə əlaqədar saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Bir nəfəs qədər” tamaşası oynanılacaq.

Tamaşa Prezident mükafatçısı Samir Qulamovun eyniadlı pyesi əsasında və quruluşunda hazırlanıb.

Baki-baku.az xəbər verir ki, səhnə əsərində oğlunun şəhid olduğuna inanmayan, daim onun yolunu həsrətlə və böyük ümidlərlə gözləyən ananın obrazı canlandırılır…

Qeyd edək ki, 2021-ci ildə teatrın repertuarı daxil edilən səhnə əsəri 35-ci dəfə nümayiş olunacaq.

SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur. Tamaşada Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunur.

“Bir nəfəs qədər”də Əməkdar artist Nahidə Orucova, aktyorlar Əmrah Dadaşov, Gülnarə Abdullayeva, Gülcahan Salamova, Ofeliya Novruzqızı, Hüseyn Əlili, Səmədzadə Xasiyev, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Murad Əliyev, Əli Kərimov, balet artistləri Məhəmməd Abdullayev və Jamila Mansurova iştirak edəcəklər.

"Bir nəfəs qədər"

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib.

Ən son

GÜNDƏM

25 sentyabr 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 27 Sentyabr – Anım Gününə

GÜNDƏM

25 sentyabr 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 27 Sentyabr – Anım Gününə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin