Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/23/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Böyükşor-Pirşağı yeni avtomobil yolu inşa edilib

IMG-20241123-WA0123

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikintisi icra olunan Böyükşor-Pirşağı yeni avtomobil yolu ümumi uzunluğu 12.7 km olmaqla 1b texniki dərəcəyə uyğun olaraq inşa edilib.

Baki-baku.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata istinadən xəbər verir.Məlumata görə, torpaq yatağının eni 30.6 metr, hər bir hərəkət zolağının eni 3.5 metr olmaqla yeni yol altı hərəkət zolağından ibarətdir.

Layihəyə əsasən, yolboyu üç yol qovşağı, dörd körpü və bir yerdə altkeçidin inşası aparılıb. Yolboyu zəruri yerlərdə “U” tipli geri dönüşlərin tikintisi, həmçinin müxtəlif diametrlərə malik suötürücü boruların quraşdırılması işləri icra olunub.Həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yeni səkilər salınıb. Yeni avtomobil yolunun hər iki istiqaməti üzrə velosiped zolaqları salınıb, yolboyu müasir işıqlandırma sistemi quraşdırılıb.

Layihəyə uyğun olaraq, ayırıcı zolaqlarda və yol kənarlarında əlavə abadlıq işləri görülüb.

Bundan başqa, müasir tələblər nəzərə alınaraq, yolun 3-cü kilometrliyində elektrik avtomobilləri üçün enerjidoldurma qurğuları quraşdırılıb.Qeyd edək ki, yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı qəsəbəsinə qədər uzanır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ötən il Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 226 milyon 803,1 min nəfər olub.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Amma bəzən bu əlamətlər faciə haqqında özü gəlməzdən əvvəl xəbər verir. İnansaq da, inanmasaq da.

TARIXI ŞƏXSİYYƏTLƏR

Amma bəzən bu əlamətlər faciə haqqında özü gəlməzdən əvvəl xəbər verir. İnansaq da, inanmasaq da.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin