“Formula 1” üzrə Azərbaycan Qran-prisi ərəfəsində yarış üçün bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub.
Baki-baku.az-ın məlumatına görə, sürət həvəskarları komandaların bokslarını yaxından görmək fürsəti əldə ediblər.
Müxtəlif ölkələrdən gələn fanatlar Bakı trekində öz sevimli komandalarını və pilotlarını görməyə can atıblar.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da gerçəkləşəcək.