Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/17/2026

Paylaşın

GÜNDƏM

Bakıda Batareya Enerji Saxlanc Sisteminin tikintisinə torpaq ayrılıb

IMG-20260917-WA0087

Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında qərar qəbul edib.

Baki-baku.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, qoyuluş gücü 100 MVt olan günəş elektrik stansiyasının və 30 MVt gücündə Batareya Enerji Saxlanc Sisteminin tikintisi məqsədilə Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 198,45 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Energetika Nazirliyi elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri ölkə Prezidentinin 2023-cü il 2 avqust tarixli fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçirməlidir.

Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 198,45 hektar torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 14 215 nəfər və ya 0.14% artaraq 2026-cı il avqustun 1-i vəziyyətinə 10

Ən son

İQTİSADİYYAT

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dəmir Yollarının (ADY) Bakı Limanında 5,5 milyon tondan çox yük

İQTİSADİYYAT

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dəmir Yollarının (ADY) Bakı Limanında 5,5 milyon tondan çox yük
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin