Körpənin adını İsa qoyurlar. Uşağın ayağı sayalı olur. Sabunçu kəndindəki neft mədənlərindəki quyulardan, hətta 1890-cı ildə 28 metr dərinliyində qazılmış quyudan neft sel kimi axmağa başlayır.
1918-ci ildə Mart qırğını başlayanda, İsa bəy şəxsi əlaqələrindən istifadə edib türk qoşunlarının Bakıya daxil olması üçün səylər göstərir.
Bununla belə, Hacı Mehdiqulu bəy yeganə övladının mükəmməl təhsil almasına da səy göstərib, həmin məqsədlə külli miqdarda pul xərcləməkdən çəkinmir. Oğlunu kənar təsirlərdən qorumaq üçün Hacı Mehdiqulu bəy deyir:
-Oğul, elm və savad sərvətin açarıdır. Nə qədər kamil olsan, bəxtin bir o qədər üzünə gülər…
Lakin çox vaxt belə nəsihətlər əks təsir də göstərir. Bəlkə elə buna görə yeniyetməlik çağlarında ictimai-siyasi hadisələrdə iştirak etmək İsa bəyi özünə daha çox cəlb edir. İsa bəy gənclik illərində sosial-demokrat ideyalarına həvəs göstərməyə başlayır. İnqilabi əhval-ruhiyyədə olan fəhlələrlə və tanınmış peşəkar inqilabçılarla tanışlıq onu 1905-1906-cı il hadisələrinin fəal iştirakçısına çevirir. Cəmiyyətdə tutduğu mövqeyinə baxmayaraq, İsa bəy Murtuza Muxtarovun neft-mədən avadanlıqları istehsal edən emalatxanasında çalışanlar arasında qızğın təbliğat işi aparmağa başlayır və bununla kifayətlənməyib atasının mədənlərində də bu yönlü fəaliyyətini davam etdirir. Buna görə də Bakı Jandarm İdarəsinin əməkdaşları tərəfindən üç dəfə həbs olunur. İsa bəyin inqilabi fəaliyyəti uzun zaman davam etmir. Onun bolşeviklərdən prinsipial əqidə fərqinə görə ayrılması haqqında sonralar sovet tarixçiləri yazacaqdılar: «İsa bəy bolşeviklərin arasına düşmüş təsadüfi şəxslərdən idi…».
Azərbaycanda Sovet hakimiyyəti qurulandan iki gün sonra isə İsa bəyi yenidən işə dəvət edib, əvvəlki vəzifəsinə bərpa etdilər.
1912-ci ildə İsa bəy Aşurbəyov Hacı Zeynalabdin Tağıyevin «Kaspi» qəzetinin mətbəəsində işə düzəlir. Tanınmış zadəgan və neft milyonçusunun oğlunun mətbəədə çalışması atasının və qohumlarının növbəti narazılığına səbəb olur. Nəticədə İsa bəy doğmalarından ayrılır. Bunun üçün Hacı Mehdiqulu bəyi qınayıb təqsirləndirənlər də az olmur:
-Hacı, niyə imkan verirsən ki, oğlun babi olsun? Məgər İsa bəy çörək tapmır? Bütün günahlar səndədir. Əgər vaxtında onu molla məktəbinə qoysaydın, indi əziyyətini çəkməzdin. Gözünün ağı-qarası bir övladın olsun, o da sənin üzünə qaytısın? Bütün günahlar onun aldığı təhsildədir.
Lakin qohumları arasında onu dəstəkləyənlər də tapılır. Əmisi oğlu Bala bəyin himayədarlığı ilə İsa bəy mətbəəni icarəyə götürüb Staro-Poçtovaya (indiki Süleyman Tağızadə) küçəsindəki şəxsi evinin zirzəmisində yerləşdirir. İsa bəy fəaliyyətinə Mirzə Ələkbər Sabirin satirik şeirlər kitabını nəşr etməklə başlayır. Ardından müəllimlər üçün həftəlik «Şəlalə» və «Vodopad», şagirdlər üçün isə «Məktəb» dərgilərini Azərbaycanca və rus dillərində dərc etdirir. Həmçinin, dərginin «Baraban» adlı satirik əlavəsini də buraxdırır.
Göstərdiyi səylərin nəticəsi istədiyi kimi olsa da nəşrlərin pulsuz paylanması İsa bəyi maliyyə böhranı ilə üz-üzə qoyur. Beləliklə, o, mətbəəni qısa bir müddətdə üzərindəki böyük borcla birlikdə Hacı Zeynalabdin Tağıyevə qaytarır. İsa bəyin borcları yalnız Sovet höküməti qurulduqdan sonra ləğv edilir.
Bakının imkanlı şəxslərindən Rzaqulu bəy Aşurbəyovun qızı Balacaxanım evdə təhsil alsa da mükəmməl savad sahibi idi
İsa bəylə Balacaxanımın iki oğlu-1903-cü ildə Süleyman bəy, 1904-cü ildə isə Davud bəy dünyaya gəldi
İsa bəyin ictimai-siyasi fəaliyyəti təkcə bununla kifayətlənmir. O, atası yaşlandığından şirkətin bütün işlərinə nəzarəti öz üzərinə götürür. 1910-cu ildə İsa bəy şəhər Dumasının, həmçinin, müsəlmanların «Nicat» və kimsəsiz uşaqları aclıqdan və ölümdən xilas edən «Bir damla süd» xeyriyyə cəmiyyətlərinin üzvü seçilir və müxtəlif tədbirlərin keçirilməsində fəallıq göstərir.
Birinci Cahan müharibəsi zamanı İsa bəy «Əsir düşmüş türk əsgərlərinə yardım komitəsi»nə üzv seçilir. Bir neçə il keçdikdən sonra İsa bəy yenidən siyasi fəaliyyətə başlayır. O, «Difai», «İttihad» və «Hümmət» kimi müxtəlif yönlü partiya və hərəkatlara qoşulur.
1918-ci ildə Mart qırğını başlayanda İsa bəy Aşurbəyov şəxsi əlaqələrindən istifadə edib türk qoşunlarının Bakıya daxil olması üçün səylər göstərməyə başlayır. Lakin qısa müddətdən sonra türk qoşunları Bakını tərk edir.
Siyasi partiyalardan hansınısa seçməsi İsa bəy üçün çətin olsa da o, bütün ömrünü xalqının maariflənməsinə həsr edən şəxsiyyətlətdən idi. İnqilabaqədərki dövrdə İsa bəy Aşurbəyov məktəblər açır və müəllimlərin hazırlanmasına bilavasitə özü rəhbərlik edirdi. 1918-20-ci illərdə – Azərbaycan Demokratik Respublikasının hakimiyyəti dövründə İsa bəyı Maarif Nazirliyinin nəzdində olan nəşriyyata rəhbər təyin edirlər. Eyni zamanda o, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, müxtəlif səpkili pyeslər, hekayələr və şeirlər yazır. Ömrü boyu ideal şəxsiyyət axtarışında olsa da arzularının qəhrəmanını təəssüf ki, tapa bilmir.
Azərbaycanda Sovet hakimiyyəti qurulandan iki gün sonra İsa bəyi yenidən işə dəvət edib, əvvəlki vəzifəsinə bərpa edirlər.
İllər keçir… Lakin keçmişləri unutmayanlar İsa bəyi də «yada salırlar». Nəticədə İsa bəy tutduğu vəzifədən «xəstəliyi» ilə bağlı azad olunub təqaüdə çıxmaq zorunda qalır. Böyük bir ailənin sığındığı otaqda İsa bəyin atası Mehdiqulu bəy, həyat yoldaşı, övladları, baldızı və xalası Züleyxa xanım birgə yaşamağa başlayırlar. Mülkləri bölüşdürülərkən qonşularının payına kommunal sistemli, təmirli və daha böyük mənzillər düşsə də İsa bəyin ailəsinin yaşadığı ən kiçik otağı belə onlara çox görənlər olur. Hipertoniya xəstəliyinə tutulan İsa bəy Aşurbəyov Buzovnadakı bağına köçüb bir neçə il burada yaşayır.
1934-cü ildə Azərbaycanın tanınmış milyonçularından olan, Aşurbəyovlar nəslinin görkəmli nümayəndəsi Mehdiqulu bəy Aşurbəyov səfalət içərisində dünyasını dəyişir. Ölüm yatağında olan zaman oğlunu yanına çağırıb deyir:
-Oğul, sən dünyaya gələndə fikirləşirdim ki, sonsuz qalmayacağam, var-dövlətimə sahib çıxan olacaq. Ancaq indi sənin üzünə baxmağa utanıram. Bütün var-dövlətimizi qiymətli daş-qaşa və qızıla çevirib «Russko-Aziatski» bankına qoydum. Kim bilərdi ki, Şura hökuməti ilk öncə bankları qəsb edəcək, nəyimiz varsa, əlimizdən alacaq? Məni bağışla və bacarsan, Bakını tərk et…
Oğul Bakını tərk edə bilmədi, çünki buna, ümumiyyətlə, imkan olmadı.
Azərbaycan Sovet Respublikasının Elmlər Akademiyasına başçılıq edən Ruhulla Axundov İsa bəyin işsiz olduğunu öyrənib, ərəb və fars dillərindən müxtəlif fəlsəfi elmi əsərləri Azərbaycan və rus dillərinə tərcümə işini ona tapşırdı.
1937-ci ilin 31 dekabrınadək İsa bəy bu işlə məşğul oldu.
Onun həbs edilməsinə səbəb olan amillərdən biri türk qoşunlarının Bakıya dəvət edilməsində iştirakı idi.
Ümumiyyətlə, 30-cu illərdə Aşurbəyovlar nəslinin nümayəndələrinin çoxu repressiya qurbanı oldu. İsa bəy Aşurbəyov həbs ediləndən 10 ay sonra – 1938-ci ilin oktyabrında məhkəmənin qərarı ilə «xarici ölkələrlə casusluq əlaqələrinə və milliyyətçi hərəkatda iştirakına görə» güllələndi.
Sibirə sürgün edilən Davud bəy buranın soyuğuna və aclığa tab gətirməyərək vəfat etdi
Bir vaxtlar şəhərin görkəmli yerində tikilən ikimərtəbəli, küçənin yarısını tutan mülkündə Bakının ən tanınmış ziyalıları, elm, ədəbiyyat və incəsənət xadimləri yığışar, müxtəlif səpkili diskussiyalar təşkil edərdilər. Tanınmış bəstəkar Üzeyir bəy Hacıbəyovun qardaşı Ceyhun bəy Hacıbəyli xatirələrində bu haqda yazırdı: «Biz milli operamızı ilk dəfə səhnələşdirmək istəyərkən, bu səyimiz çoxlarının ağlına batdığından böyük maraq və simpatiyaya səbəb olmuşdu. Niyyətimizin ciddiliyini görən «Nicat» cəmiyyətinin maarifçilik ideyalarını yayan bir neçə üzvü ilk milli operanın yaradılmasında yaxından iştirak etdi. Cəmiyyətin rəhbərləri arasında varlı və nüfuzlu ailədən olan İsa bəy Aşurbəyli daha çox səy göstərirdi. İsa bəy, həmçinin, xeyriyyəçiliklə də məşğul olurdu. Məşhur Azərbaycan-türk publisisti və tanınmış siyasi xadim Əhməd bəy Ağayevin redaktoru olduğu «İrşad» qəzetini də maliyyələşdirirdi. Onların ikimərtəbəli mülkü böyük bir ərazini tuturdu. Cah-cəlallı görünüşü, ornamentli və dəqiqliklə düşünülmüş kompozisiyası adama «gəl-gəl» deyirdi. İsa bəy milyonçu olması ilə bərabər, həm də jurnalist və naşir idi. Qəzet və kitab nəşri ilə məşğul olurdu. Evin zirzəmisində onun mətbəəsi yerləşirdi. İkinci mərtəbədəki böyük zalda isə tez-tez aktyorlar, jurnalistlər, ədəbiyyatçılar və musiqiçilər yığışar, şəhərin mədəni həyatında baş verən problemlər haqqında müzakirələr aparar, bir-birləriylə fikir mübadiləsi edərdilər. Yeri gəlmişkən, Üzeyir bəy Hacıbəyovun «Leyli və Məcnun» operasının səhnəyə qoyulması haqqında söhbətlər də ilk dəfə məhz İsa bəy gildə olmuşdu».
İsa bəyla Balacaxanım Aşurbəyliyər 1902-ci ildə evlənmişdilər. Bu nikahdan onların iki oğlu – 1903-cü ildə Süleyman bəy, 1904-cü ildə isə Davud bəy – dünyaya gəlmişdi.
İsa bəy elmin insanlara verdiyi bəhrəni yüksək qiymətləndirən şəxslərdən idi. Onun hər iki oğlu Bakı Real Oğlan Gimnaziyasını bitirmişdi. Onlar Avropa və Şərq dillərini gözəl bilir və Bakı Neft Akademiyasında mühəndis ixtisasına yiyələnmişdilər. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra mülkü əllərindən alınan Aşurbəylilərə elə öz evlərindəcə çox kiçik sahəsi olan iki otaq verilmişdi. Bakının imkanlı şəxslərindən Rzaqulu bəy Aşurbəyovun qızı Balacaxanım evdə təhsil alsa da mükəmməl savad sahibi idi. O, bir neçə dildə sərbəst danışır və zərif əl işləri ilə məşğul olurdu.
İsa bəyin həbsindən sonra onsuz da çətinliklər və məhrumiyyətlər içərisində yaşayan övladları təqiblərə məruz qalmağa başladı. Ali təhsilli mühəndis olsalar da, tutduqları vəzifələrdən dərhal kənarlaşdırıldılar. 1941-ci ildə ailənin ikinci oğlu Davud bəyi də həbs etdilər. Buna səbəb Davud bəyin evdə radioqəbuledici gizlətməsi olmuşdu. Müharibə başlayanda bütün evlərdən radioqəbuledicilər yığılır, yerinə yalnız ümumi xəbərləri çatdıran ruportlar quraşdırılırdı.
Gecəyarısı gələnlər radioqəbuledicini çox asanlıqla tapdılar. Demə, Davud bəyi birlikdə radioya qulaq asdıqları dostu çuğullayıbmış
Həmin vaxt Davud bəy dostuyla birlikdə otağında gizlədiyi radioqəbuledici vasitəsilə müxtəlif ölkələrin xəbərlərinə qulaq asırdı. Bundan həyəcanlanan həyat yoldaşı deyirdi:
-Davud, səni tutacaqlar. Radionu mənə ver, gizlicə ataram, heç kəs də xəbər tutmaz.
Həyat yoldaşının yalvarışlarına qulaq asmayan Davud bəy onun narahat olmamasını xahiş edirdi. Lakin bir dəfə gecəyarısı qapıları döyüldü, gələnlər radioqəbuledicini gizlətdiyi yerdən çox asanlıqla tapdılar. Məlum oldu ki, Davud bəyi birlikdə radioya qulaq asdıqları dostu çuğullayıbmış. Çox keçmədi ki, Sibirə sürgün edilən Davud bəy buranın soyuğuna və aclığa tab gətirməyərək vəfat etdi.
Aşurbəyovlar sülaləsinin nümayəndələri yalnız 1989-cu ildə keçmiş SSRİ-nin ilk prezidenti Qorbaçov tərəfindən bəraət ala bildilər
Süleyman bəy 45 yaşında ikən Polşa zadəganlarından olan Tamara Boquşla evləndi
Süleyman bəy isə montyor işləməklə ailəsini güc-bəla ilə dolandırırdı. Sonra o, könüllü olaraq cəbhəyə yollandı və Berlinədək gedib çıxdı. Göstərdiyi şücaətlərə baxmayaraq, müharibədən sonra da Süleyman bəy «xalq düşməninin oğlu» damğasını alnından təmizləyə bilmədi. Tez-tez «ixtisara» düşdüyündən iş yerlərini dəyişməyə bir növ öyrəncəli olan Süleyman bəy heç nəyə baxmayaraq elmi işini müdafiə etdi və texnika elmlər namizədi oldu.
O, 45 yaşında əslən Polşa zadəganlarından olan Tamara Boquşla evləndi. Bu nikahdan Süleyman bəyin Ramiz adlı oğlu dünyaya gəldi. Özü isə 1962-ci ildə, 59 yaşında ikən xərçəng xəstəliyindən vəfat etdi. Aşurbəyovlar sülaləsinin nümayəndələri yalnız 1989-cu ildə keçmiş SSRİ-nin ilk prezidenti Qorbaçov tərəfindən bəraət ala bildilər.
Hazırda Mehdiqulu bəyin oğlu İsa bəyin nəvəsi Ramiz bəy Bakıda yaşayır və Süleyman adlı bir oğlu var. Ramiz bəy Aşurbəyovlar sülaləsinin tarixini araşdırmaqla məşğuldur.