Nəşr edilmişdir 11/14/2024

Paylaşın

GÜNDƏM

Soyuq havalarda papaq qoymayanlara həkimdən xəbərdarlıq

Papaq qoymayanlara həkimdən xəbərdarlıq

Payız-qış mövsümündə qeyri-sabit hava şəraitində başı və qulaqları soyuqdan və küləkdən qorumaq vacibdir.

Baki-baku.az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

Rusiyalı nevroloq Yuliya Valuyskaya xəbərdarlıq edib ki, soyuqdan və küləkdən qorunmadığı halda üz sinirinin zədələnməsi və üz əzələlərinin iflic olması riski var.

O deyir ki, tez-tez hipotermiya fonunda gicgah-alt çənə bölgəsində iltihablanma baş vermə qorxusu var, bu da xəstənin şiddətli ağrı hiss etməsinə səbəb ola bilər. Nəticədə üz əzələlərinin zəifləməsinə və iflicə yol açar.

“Əgər üzünüzdə qəfil asimmetriya müşahidə etsəniz, dərhal həkimə müraciət etmək lazımdır, çünki bu simptom həm də insult üçün xarakterikdir. Əgər bu diaqnoz təsdiqini tapmasa, o zaman müşayiət olunan xəstəliklərdən asılı olaraq, üz sinirinin nevriti olan xəstə ya 24 saatlıq stasionarda, ya gündüz stasionarında, ya da ambulator şəraitdə müalicə olunur”, – deyə Yuliya Valuyskaya qeyd edib.

“Üzdə ağrı varsa, əvvəlcə ağrının təbiətini (iltihabi və ya neyropatik) qiymətləndirmək, daha sonra müalicənin necə aparılacağına qərar vermək lazımdır”, – deyə həkim fikirlərini sonlayıb.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə

Ən son

GÜNDƏM

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının qərarı ilə Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəza

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında dekabrın 27-dən 29-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.Baki-Baku.az xəbər verir ki,

GÜNDƏM

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri