Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/27/2026

Paylaşın

GÜNDƏM

Türk Mədəniyyəti və İrsi Fondu ICESCO-nun Strateji Proqnozlaşdırma Bələdçisinin təqdimatında iştirak edib

Türk Mədəniyyəti və İrsi Fondu

27 iyul 2026-cı il tarixində ICESCO-nun Bakıdakı Regional Ofisində Süni İntellekt və Strateji Proqnozlaşdırma Mərkəzi (CFAI) tərəfindən təşkil olunan “İslam dünyasını gələcəyə hazırlamaq: Strateji Proqnozlaşdırma Bələdçisinin təqdimatı və təkmilləşdirilməsi” mövzusunda beynəlxalq tədbir öz işinə başlayıb.

Baki-baku.az xəbər verir ki, tədbirin rəsmi açılışında fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova ICESCO rəhbərliyinə və Bakı Regional Ofisinə belə mühüm təşəbbüsün təşkilinə görə təşəkkürünü bildirib. O qeyd edib ki, müasir dövrdə sürətli texnoloji inkişaf, ekoloji çağırışlar və qlobal dəyişikliklər dövlətlər və beynəlxalq təşkilatlar üçün strateji baxışın və uzunmüddətli planlaşdırmanın əhəmiyyətini daha da artırır. Bu baxımdan təqdim olunan Strateji Proqnozlaşdırma Bələdçisi gələcəyə davamlı və dayanıqlı yanaşmanın formalaşdırılmasına mühüm töhfə verəcək.

Rəsmi açılış mərasimində eləcə də ICESCO-nun Baş direktoru Dr. Salim AlMalik (onlayn), ICESCO-nun Bakı Regional Ofisinin direktoru Dr. Abdulhakeem Alsenan, “Policy Center for the New South” təşkilatının baş eksperti Dr. Nouzha Chekrouni, ICESCO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq Şöbəsinin rəhbəri Anar Kərimov və ICESCO-nun Süni İntellekt və Strateji Proqnozlaşdırma Mərkəzinin direktoru Dr. Kais Hammami çıxış ediblər.

Tədbirdə həmçinin Strateji Proqnozlaşdırma Bələdçisinin rəsmi təqdimatı keçirilib.

Tədbir işini yüksək səviyyəli dəyirmi masa, strateji bələdçinin tənzimlənməsi üzrə sessiyalar və praktiki seminar-məşğələlərlə davam edəcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəzər dənizində zəlzələ baş verib.

Ən son

GÜNDƏM

Baki-baku.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən

GÜNDƏM

Baki-baku.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin