Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/20/2026

Paylaşın

GÜNDƏM

Bakıda ağac və bitki müxtəlifliyi əsas götürülərək yaşıllaşdırma işləri aparılır

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Baki-baku.az xəbər verir ki, müşavirədə paytaxtda həyata keçirilən abadlıq-quruculuq işləri, kommunal xidmətlərin fəaliyyəti, yaşıllaşdırma sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub. Bildirilib ki, Bakı şəhərində yaşıllaşdırma tədbirləri davam etdirilir. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində yeni növ ağac və kolların əkilməsi həyata keçirilir.

Qeyd edilib ki, son illərdə aparılan tədbirlər nəticəsində şəhərdə yaşıllıq və flora müxtəlifliyi əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, paytaxtın iqlim şəraitinə uyğunlaşan yeni ağac, kol və gül növlərinin birliyin xüsusi istixanalarında yetişdirilməsi və daha sonra əkilməsi davam etdirilir. Bu işlər şəhərin ekoloji mühitinin yaxşılaşdırılması, biomüxtəlifliyin artırılması və urbanistik landşaftın daha da zənginləşdirilməsi məqsədini daşıyır.

Qlobal iqlim dəyişiklikləri və su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə yaşıllaşdırma tədbirlərində əsasən quraqlığa davamlı və yerli iqlimə uyğun bitki növlərinə üstünlük verilir. Eyni zamanda, müxtəlif rəngli dekorativ ağac və kolların əkilməsi şəhərin estetik görünüşünün daha da gözəlləşdirilməsinə xidmət edir.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən əkilən bitkilər sırasında Kanna, Platicodon, Vinka və digər müxtəlif rəngli dekorativ güllərlə yanaşı, katalpa, meliya, sapindus və şəhərin iqlim şəraitinə uyğun bir sıra ağac növləri də yer alır.

Sözügedən yaşıllaşdırma layihələri birliyin təcrübəli landşaft dizaynerləri və mütəxəssisləri tərəfindən aparılır.

Paytaxtın yaşıllıq növləri sayının genişləndirilməsi, yeni ağac, gül və kol növlərinin əkilməsi, mövcud yaşıllıq sahələrinin qorunması və inkişaf etdirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az President.az-a istinadən məktubun mətnini təqdim edir:

Ən son

SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filipə təbrik məktubu ünvanlayıb.

SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filipə təbrik məktubu ünvanlayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin