Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/15/2026

Paylaşın

GÜNDƏM

“Rənglərdən çiçəklərə” adlı yaradıcı master-klas keçirilib

“Rənglərdən çiçəklərə”

14 iyul 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Rənglərdən çiçəklərə” adlı yaradıcı master-klas təşkil olunub.

Tədbirdə Bakı “Modern” Psixoloji Sağlamlıq və Nitq İnkişafı Mərkəzi tərəfindən uşaqlar üçün maraqlı və yaradıcı fəaliyyətlər həyata keçirilib.

Baki-baku.az xəbər verir ki, proqram çərçivəsində psixoloq Həcər Soltanova uşaqlarla maarifləndirici söhbət apararaq onların təxəyyülünün və yaradıcı düşüncə qabiliyyətinin inkişafına yönəlmiş interaktiv dialoqlar qurub. O, uşaqlara təbiətin ayrılmaz hissəsi olan çiçəklərin qorunması, onlara düzgün qulluq göstərilməsi və təbiətə sevgi hissinin aşılanmasının əhəmiyyəti barədə ətraflı məlumat verib. Eyni zamanda, kitabxana əməkdaşları tərəfindən uşaqların rahat və yaradıcı fəaliyyət göstərə bilmələri üçün uyğun mühit yaradılıb, onların əl işlərini sərbəst şəkildə hazırlamaları üçün bütün zəruri şərait təmin edilib. İştirakçılar rənglərdən və müxtəlif dekorativ materiallardan istifadə edərək çiçək kompozisiyaları hazırlayıblar.

Master-klas uşaqlar tərəfindən böyük maraqla qarşılanıb və onlarda xoş təəssürat yaradıb.

Tədbirin məqsədi uşaqların estetik zövqünün formalaşdırılması, əl bacarıqlarının və yaradıcı təfəkkürünün inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili, yay aylarında onların mavi ekrandan uzaqlaşdırılaraq yaradıcılıq potensialının üzə çıxarılması, eyni zamanda canlı təbiətin qorunmasının vacibliyinə diqqətin yönəldilməsi olub. Bu baxımdan master-klas uşaqların həm yaradıcılıq qabiliyyətlərinin inkişafına, həm də ətraf mühitə həssas münasibətin formalaşdırılmasına xidmət edən maarifləndirici tədbirlərdən biri kimi yadda qalıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub.

Ən son

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin