Şokoladın dünya marşrutu: Afrikadan Avropaya uzanan yol
Uşaqdan tutmuş böyüyə hər kəsin ağzının dadı olan şokoladlar istehsal məkanları ilə məşhurdur. Dünyanın ən çox şokolad istehsal edən ölkələri hansılardır? Bu sual yəqin ki, şokoladsevərləri düşündürür. Burada təkcə söhbət şokoladdan deyil, həm də şokolad kakaosundan gedir. Beş məşhur ölkə var ki, onlar bu sahədə öndədir. Şokolad Kakaosu istehsalına görə dünyada beşinci yeri tutan Kameronun illik istehsal həcmi 300 min tondur. Ölkə büdcəsinin 50 faizi məhz şokolad istehsalının hesabına başa gəlir. Dördüncü yerdə dayanan Nigeriya isə 0,4 milyon ton şokolad kakaosu istehsal edir. İstehsal həcminə görə üçüncü yerdə dayanan ölkə İndoneziyadır. O yeganə qeyri Afrika ölkəsidir ki, 6 milyon ton istehsalı ilə bu sahədə ən böyük istehsalçı sayılır. 7 milyon ton istehsalı ilə ikinci sırada dayanan Qana Respublikası həm də keyfiyyətli istehsalına görə hər il müxtəlif sertifikatlara layiq görülür. İnkişaf etmiş infrastruktura və plantasiyalara malik olan Qana həm də yüksək texnika və texnologiyaya malikdir. Və ən nəhayət birinci yerdə bərqərar olan Kotdivuar 2,2 milyon istehsalı ilə şokolad və şokolad kakaosu sənayesinin Bayraqdarı sayılır. Onun adı az hallansa da istehsalı dünyada məşhurdur. Dünya şokolad istehsalının 40 faizinə sahib olan Kotdivuar şokolad kakaosu istehsalına görə həm də xüsusi layihələrə, proqram təminatına malikdir.

Şokolad – İsveçrənin tacı
Tərtəmiz, əsl şokolad istehsalı üzrə məşhur olan ölkələrin adlarının bilmək də şübhəsiz ki, maraqlıdır, əldə olunan məlumatlardan bəlli olur ki, Almaniya 1,2 milyon istehsalı ilə ikinci yerdə dayanır. İdxal və ixrac cədvəlində birinci sırada dayanan Amerika Birləşmiş Ştatları 1,7 milyon ton şokolad istehsalı ilə Lider ölkə olduğunu bu istiqamətdə də sübut edir. Dünyanın ən bahalı şokoladı isə hər kəsin bildiyi kimi məhz İsveçrədə – Sürix şəhərində istehsal olunur. Şokoladı ilə məşhur olan bu ölkə dünyada həm də analoqu olmayan şokolad sənayesinə və zavoduna malikdir. Burada istehsal olunan şokoladın 80 qramı 745 dollara təklif olunur. Dünyanın məşhur simaları bu dadlı, əvəz olunmaz şokoladın yerində istehsalı ilə tanış olmaq və dadmaq üçün dünyanın o başından durub İsveçrəyə gəlir. Turistlərin diqqətini cəlb edən bu ünvan həm də ölkənin turizm potensialını formalaşdıran məkan kimi diqqət mərkəzindədir.
Şərəf Cəlilli